"Son 2-3 il ərzində ölkədə..." - Restoranlara xərclənən pulların sayı niyə ARTIB?

Azərbaycanda restoran biznesi olduqca genişlənib. Şəhərin mərkəzində fəaliyyət göstərən ictimai iaşə obyektlərində yer tapmaq da çətinləşib. Hətta bəzi restoranlar sıxlığın qarşısını almaq üçün müştərilərə vaxt limiti də tətbiq edirlər.

 

Ötən ay Azərbaycanda əhali restoranlara 147 milyon manat pul xərcləyib. Bu, keçən illə müqayisədə, 10 faizə yaxın artım deməkdir.

 

Bəs bu artım nə ilə əlaqədardır?

 

Mövzu ilə bağlı Sfera.az-a danışan iqtisadçı-ekspert Pərviz Heydərov bildirib ki, restoranlar ictimai sektora aid xidmət sahəsidir.

 

"Məlumdur ki, son 2-3 il ərzində ölkədə güclü inflyasiya və bahalaşma tendensiyası müşahidə edilir. Bu, keçən il ərzində nisbətən səngiməyə başlayıb. Bununla belə, istehlak qiymətləri hələ də yüksək olmaqda qalır".

 

Ekspert diqqətə çatdırıb ki, sözügedən tendensiya öz sözünü xidmət sektorunda da deyir.

 

“Odur ki, bu sferada pul vəsaitləri xərcləmələrinin artması bilavasitə inflyasiya və qiymət artımı ilə bağlıdır. Proses hələ bir müddət təsirini göstərməkdə davam edəcək”.

 

Ülkər Abdurahmanlı


OXŞAR XƏBƏRLƏR