Dünyanın ən böyük 10 iqtisadiyyatı Sıralamada dəyişikliklər oldu

Dünyanın ən böyük 10 iqtisadiyyatı – Sıralamada dəyişikliklər oldu

2023-cü ilin yekunlarına görə, dünyanın ən böyük 10 iqtisadiyyatının sıralamasında bəzi dəyişikliklər olub.


Sfera.az xəbər verir ki, 2022-ci illə müqayisədə 2023-cü ildə Almaniya, Braziliya və Kanada sıralamada irəliləyiblər, əvəzində Yaponiya və Rusiya geriləyib. Geriləmə nəticəsində Yaponiya ikincilikdən üçüncülüyə, Rusiya isə 8-ci sıradan 11-ci sıraya düşüb. 


Yaponiya 13 ildən sonra 3-cü sıradan dördüncü sıraya enib. On üç il əvvəl Çin Yaponiyanı ikinci sıradan salmışdı və Gündoğan ölkə 13 il üçüncü ən böyük iqtisadiyyat adını daşımışdı.


Ötən il isə Yaponiyanı üçüncülükdən Almaniya salıb. Almaniyada ÜDM istehsalı 345 milyard dollar artaraq 4,43 trilyon dollara çatıb. Yaponiya iqtisadiyyatının dəyəri isə 7 milyard dollar azalaraq 4,23 trilyon dollar olub.


Yəqin ki, iki-üç ildən sonra Yaponiya, yaxud Almaniya daha bir pillə geriləyəcək. Çünki Hindistan iqtisadiyyatının dəyərində sürətli artım baş verir. 2020-ci ildə 2,67 trilyon dollar dəyəri olan Hindistan iqtisadiyyatı 2023-cü ildə 3,72 trilyon dollarlıq iqtisadiyyata sahib olub.  


2022-ci ildə səkkizinci sırada olan Rusiyanın iqtisadiyyatının dəyəri 2,244 trilyon dollardan 1,836 trilyon dollara geriləyib. Bu geriləmə nəticəsində Rusiyanı Brazilya və Kanada qabaqlayıb. 


Braziliya sıralamada irəliləməklə adını ilk onluğa salıb. 2022-ci ildə Braziliya dünyanın 11-ci ən böyük iqtisadiyyatı idi. 


Ən böyük 10 iqtisadiyyat sıralamasına ABŞ (27 trilyon dollar), Çin (17,7 trilyon dollar), Almaniya (4,43 trilyon dollar), Yaponiya (4,23 trilyon dollar), Hindistan (3,73 trilyon dollar), Böyük Britaniya (3,33 trilyon dollar), Fransa (3,05 trilyon dollar), İtaliya (2,19 trilyon dollar), Brazilya (2,13 trilyon dollar) və Kanada (2,12 trilyon dollar) daxildir.  


Vasif


OXŞAR XƏBƏRLƏR