Mərkəzi Bankda HƏRRAC: 255 milyon dollar alındı

Mərkəzi Bankda HƏRRAC: 255 milyon dollar alındı

Mərkəzi Bankda bu gün baş tutan valyuta hərracında dollara tələb yenə də yüksək olub. 


Sfera.az xəbər verir ki, hərracda bankların tələbi 103,9 milyon dollar olub və bu tələb tam ödənilib. 


Xatırladaq ki, üç gün öncə Mərkəzi Bankda daha bir hərrac keçirilib və həmin hərracda 151,1 milyon dollar alınıb.


Üç gün ərzində keçirilən iki hərracda banklar 255 milyon dollar alıb. 


Bu fakt təsdiq edir ki, banklarda dollara tələb olduqca yüksəkdir. Çünki müştərilər banklardan hələ də böyük məbləğdə dollar alırlar. 


Vasif


OXŞAR XƏBƏRLƏR