Rusiya Türkiyənin kömür bazarını “işğal” edir
2023-cü ilin sonunda Rusiyadan Türkiyəyə daş kömür ixracı 2022-ci illə müqayisədə 46 faiz artaraq 27,5 milyon tona çatıb.
Sfera.az xəbər verir ki, Rusiyadan kömür ixracının artması nəticəsində şimal qonşumuz Türkiyənin kömür bazarında liderliyi ələ alıb. Rusiyanın Türkiyənin kömür bazarında payı 48 faizdən 70 faizə yüksəlib. Bu rəqəm bütün dövrlərin ən yüksək göstəricisidir.
Rusiyadan ixracın artması Kolumbiyanı ürəyincə olmayıb. Çünki Türkiyə əvvəlki illərdə Kolumbiyadan 10 milyon tondan artıq kömür alırdı. Rusiyadan idxalın artması hesabına Cənubi Amerika ölkəsindən idxalın miqdarı 1,7 dəfə azalaraq 6,3 milyon tona, idxalda payı isə 27 faizdən 16 faizə düşüb.
2023-cü ildə Türkiyə Rusiyadan təkcə kömür deyil, digər enerji resursları və xammal idxalını da artırıb.
Vasif