Azərbaycanda xarici valyutaya tələb artır – Banklar hərracda 151 milyon dollar alıb

İqtisadiyyat
16:35 / 13.02.2024
8995
Bu gün Mərkəzi Bankda keçirilən valyuta hərracında banklar son vaxtlar müşahidə edilməyən yüksək məbləğdə xarici valyuta alıblar.
Sfera.az xəbər verir ki, hərracda tələb 151,1 milyon dollar təşkil edib və həmin tələb tam təmin olunub.
Qeyd edək ki, bugünkü hərrac da nəzərə alınmaqla fevralda baş tutan hərraclarda banklar ümumilikdə 370,9 milyon dollar alıblar. Banklarda xarici valyutaya tələbin artmasının səbəbi bilinmir.
Vasif