Əhalinin NƏZƏRİNƏ: Bu şəxslərin pensiya yaşı AZALDILDI

Əhalinin NƏZƏRİNƏ: Bu şəxslərin pensiya yaşı AZALDILDI

Nazirlər Kabineti “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”na dəyişiklik edib. Yeni dəyişikliklər ilə güzəştli şərtlər ilə pensiyaya çıxma hüququ olan vətəndaşların siyahısı genişləndirilib.

 

Sfera.az xəbər verir ki, bu barədə Milli Məclisin deputatı Vüqar Bayramov bildirib.

 

"Neft mədənlərində, neftin saxlanılması və ötürülməsi sahəsində nəzarət-ölçü cihazları və avtomatika qurğularının təmiri və xidməti işləri ilə məşğul olan çilingərlər, əsas istehsalat sahələrində neft-mədən avadanlıqlarının, kompressor qurğularının təmiri ilə bilavasitə məşğul olan təmirçi çilingərlər, əmtəə operatorları, nasos qurğularının maşinistləri, dəniz özüllərində, estakadalarda stasionar kranların kran maşinistləri, qazın yığılması üzrə operatorlar, qazpaylayıcı stansiyanın operatorları daha tez pensiyaya çıxa biləcəklər”.

 

Deputat diqqətə çatdırıb ki, daha erkən pensiyaya çıxmaq hüququna malik olan vətəndaşlarımızın sayının artırılması müsbət haldır.

 

“Çünki iş rejimindən asılı olaraq, onların sosial müdafiəsinin daha gücləndirilməsi vacibdir. Bu baxımdan, Nazirlər Kabineti tərəfindən həmin siyahının mütəmadi yeniləşdirilməsi vacibdir. Digər tərəfdən, uşaqların sayına görə qadınların pensiya yaşının mütənasib azaldılması da məqsədəuyğundur. Belə hüququn 5 uşağı deyil, 3 və daha artıq övladları olan qadınlara şamil olunması daha məqsədəuyğun olardı. Bu həmin vətəndaşlarımızın sosial təminatının daha da gücləndirilməsinə xidmət edərdi”.

 

Ülkər Abdurahmanlı


OXŞAR XƏBƏRLƏR

“TikTok təhlükəlidir, təcili LƏĞV edilməlidir” – HƏYƏCAN TƏBİLİ

Son zamanlar TikTok istifadəçilərinin yaydığı məzmun, təhlükəsizlik məsələləri, platformanın uşaqlar və gənclər üzərindəki təsiri geniş müzakirə mövzusuna çevri...

Bu böyük müharibəyə çevrilməyəcək - VİDEO

“Bu böyük müharibəyə çevrilməyəcək. Çünki böyük bir müharibəyə əsas yoxdur. Həmçinin dünya ölkələrinin Hindistana qarşə təzyiqləri artıb”- bu fikirl...

İranda televiziya aparıcısı öldürüldü

İranın "Üfüq" televizya kanalının aparıcısı Zəhra Mirzayi əmisi oğlu tərəfindən qətlə yetirilib.   Sfera.az xəbər verir ki, bu barədə ...

ABŞ Müdafiə Nazirinin şifrələri internetə sızdırıldı

ABŞ Müdafiə Naziri Pit Heqset daha əvvəl Yəmənə hücum planlarını "Signal" qrupunda paylaşması ilə gündəmə gəldikdən sonra bu dəfə şifrələrinin interne...

"Son 32 ildə həyata keçirilən dövlət quruculuğu işlərində parlament fəal iştirak edib"- Sahibə Qafarova

"1991-ci ilin 18 oktyabrında müstəqilliyimiz bərpa olunandan sonra dövlətimiz çətinliklərlə üzləşmişdi. Heydər Əliyevin yenidən hakimiyyətə qayıtması isə ö...

Parlamentdə “İlk milli Konstitusiyamız və Suverenliyimiz” adlı sənədli film nümayiş etdirildi

Milli Məclisin “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş "Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir...