Yanvarda gömrükdə toplanan pul azalıb – RƏQƏMLƏR

Yanvarda gömrükdə toplanan pul azalıb – RƏQƏMLƏR

2024-cü ilin yanvarında Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə toplanan vəsaitlərin həcmi əvvəlki ilin eyni ayı ilə müqayisədə azalıb. 


Sfera.az DGK-ya istinadən xəbər verir ki, ötən ilin yanvarında 506,8 milyon manat vəsait toplandığı halda bu ilin birinci ayında 473,7 milyon manat vəsait toplanıb. 


Toplanan vəsaitlərin azalması gömrük rüsumu və aksiz vergisi istisna olmaqla digər yığım növlərində özünü göstərib. Daha çox azalma isə ƏDV üzrə daxilolmalarda baş verib. 


Bu ilin yanvarında ƏDV üzrə yığımlar 365,5 milyon manatdan 315 milyon manata düşüb. Yığılan ƏDV-lərin həcmi 50,5 milyon manat azalıb. 


Yol vergisi üzrə yığımlar isə 4,4 milyon manatdan 3,4 milyon manata düşüb. 


Gömrük rüsumu və aksizlərdə artım baş verib. Müqayisə edilən dövrdə yığım gömrük rüsumlarında 122 milyon manatdan 137 milyon manata, aksizlər üzrə 14,8 milyon manatdan 18,5 milyon manata yüksəlib. 


Vasif
 


OXŞAR XƏBƏRLƏR