Neftin qiyməti qalxdı
İqtisadiyyat
11:52 / 21.11.2016
1280
Dünya birjalarında neftin qiymətinin bahalaşması davam edir.
Nyu-Yorkun NYMEX ("New York Mercantile Exchange”) birjasında "Layt” markalı neftin bir barrelinin qiyməti 0,52 dollar bahalaşaraq 46,21 dollar, Londonun ICE ("InterContinental Exchange Futures”) birjasında "Brent” markalı neftin bir barrelinin qiyməti isə 0,56 dollar artaraq 47,42 dollar olub.