Devalvasiyadan sonra əhalinin gəlirləri cəmi 6 faiz artıb – SƏBƏB

Devalvasiyadan sonra əhalinin gəlirləri cəmi 6 faiz artıb – SƏBƏB

2015-ci ildə baş verən iki böyük devalvasiyadan və 2020-ci ildə qeydə alınan pandemiyadan sonra ölkəmizdə bir neçə il yüksək inflyasiyanın baş verməsi əhalinin real gəlirlərinin artım sürətini xeyli zəiflədib. Ötən səkkiz il müddətində əhalinin nominal gəlirlərinin xeyli artmasına baxmayaraq, inflyasiya səviyyəsinin çox yüksək olması əhalinin real gəlirlərinin artım imkanlarını məhdudlaşdırıb. 


Sfera.az xatırladır ki, 2015-ci il devalvasiyalarından sonra 2016 və 2017-ci illərdə yüksək qiymət artımı baş verdi. Daha sonra 2018, 2019 və 2020-ci illərdə inflyasiya tempi azalsa da 2021, 2022 və 2023-cü illərdə yenidən artdı. 


İnflyasiyanın həddən artıq yüksəlməsi əhalinin nominal gəlirlərinin 90 faizdən çox hissəsini “yedi”. 


Baş verənləri rəqəmlərdən daha aydın görmək mümkündür. 2016-cı ildə əhalinin gəlirləri 41,745 milyard manat idi. Gəlirlər 2023-cü ildə 78,05 milyard manata çatıb. Müqayisədən görünür ki, səkkiz il ərzində əhalinin nominal gəlirləri 36,305 milyard manat, yəni 87 faiz artıb. 


Nominal gəlirlərdə böyük artımın olmasına baxmayaraq, inflyasiya da güclü olduğundan bu gəlirlərin xeyli hissəsi dəyərsizləşib. Belə ki, 2016-2023-cü illərdə Azərbaycanda inflyasiya 81 faizi ötüb. 


İnflyasiyanın 81 faiz olması o deməkdir ki, əhalinin real gəlirləri səkkiz il ərzində cəmi 6 faiz artıb. 


Bu fakt bir daha onu sübut edir ki, ölkədə yüksək inflyasiyanın olması əhalinin alıcılıq qabiliyyətinin artım imkanlarını məhdudlaşdırır, əhali daha çox pul xərcləyir və nəticədə yığım imkanları azalır. Buna görə də inflyasiyanın daha məqbul səviyyədə olması əhali üçün böyük əhəmiyyət kəsb edir. 


Vasif


 


OXŞAR XƏBƏRLƏR

Prezident Ağdamda sakinlərlə görüşdü

Sfera.az AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 10-da Ağdam rayonunun Kəngərli kəndinə köçən sakinlər...

Azərbaycanda vəzifəli şəxs vəfat etdi - FOTO

Kürdəmirdə vəzifəli şəxs vəfat edib.   Sfera.az "Qafqazinfo"a istinadən xəbər verir ki, 62 saylı dairə seçki komissiyasının (DSK) sədr...

Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlanıldı

Mayın 9-da ölkə ərazisində qeydə alınan 52, əvvəlki dövrlərdən bağlı qalan 10 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.   Sfera.a...

Ağdaşda bir nəfər kanalda batıb

Ağdaşda bir nəfər kanalda batıb.   Sfera.az xəbər verir ki, bu bardə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.   Bildirilib ki, Nazirliyin...

Leyla Əliyeva və Arzu Əliyeva Bakıda ağacəkmə aksiyasında iştirak ediblər - FOTOLAR

Heydər Əliyev Fondunun vitse-prezidenti, “IDEA” İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyevan...

Metro və avtobuslarla bağlı ŞAD XƏBƏR: Bundan sonra ödənişlər…

Bir sıra ölkələrdə ictimai nəqliyyat vasitələrində rəqəmsal ödəniş sistemlərinin tətbiqi mümkündür. Yəni sərnişinlər əlavə kart və ya vəsait daşımağa ehtiyac ol...