Çində qiymətlər enir, Azərbaycana gətirilən mallar ucuzlaşacaq?

Çində qiymətlər enir, Azərbaycana gətirilən mallar ucuzlaşacaq?

Çində yanvarda qiymətlər illik müqayisədə 0,8 faiz azalıb. 


Sfera.az xəbər verir ki, bununla bağlı məlumatı Çin Milli Statistika Bürosu açıqlayıb. 


Çində 2023-cü ildə də qiymətlər enmişdi. Ötən il ucuzlaşma 0,3 faiz təşkil edib. 


Qeyd edək ki, Azərbaycan Çindən böyük həcmdə mal idxal edir. 2023-cü ilin məlumatına əsasən, Çindən 3,022 milyard dollar dəyərində mal alınıb. 


Çində baş verən qiymət enmələri bu ölkədən Azərbaycana gətirilən malların qiymətinə də azaldıcı təsir edir. Amma qiymətlərdə ciddi fərqin olmaması da mümkündür. Çünki bu ölkədə ucuzlaşma ərzaq mallarında qeydə alınıb. Qeyri-ərzaq mallarında isə bahalaşma müşahidə edilib. Statistika Bürosu bildirib ki, Çində ərzaq məhsullarının qiymətlərində 5,9 faiz azalma olsa da, qeyri-ərzaq məhsullarının qiymətlərində 0,4 faiz artım baş verib. Azərbaycana Çindən gətirilən malların 90 faizindən çoxu məhz qeyri-ərzaq mallarıdır. 


Vasif


OXŞAR XƏBƏRLƏR