Zəlzələnin Türkiyə iqtisadiyyatına vurduğu zərər AÇIQLANDI – RƏQƏMLƏR

Zəlzələnin Türkiyə iqtisadiyyatına vurduğu zərər AÇIQLANDI – RƏQƏMLƏR

Türkiyədə baş verən böyük zəlzələdən bu gün bir il ötür. 


Sfera.az xəbər verir ki, zəlzələ çoxlu sayda insan itkisi ilə yanaşı ölkə iqtisadiyyatına böyük miqdarda zərər də vurub.


Türkiyə İqtisadi və Siyasi Araşdırmalar Vəqfi (TEPAV) tərəfindən hazırlanan hesabatda qeyd edilir ki, zəlzələnin iqtisadi dəyəri 104 milyard dollar olub. 


Zəlzələnin vurduğu zərərin ən böyük hissəsi, təxminən 57 milyard dolları mənzillərin, yaşayış sahələrinin dağılması ilə bağlıdır. Dövlət infrastrukturuna və xidmət binalarına dəyən ziyan 13 milyard dollar, özəl sektora (mənzillər istisna olmaqla) 12 milyard dollar olub. 


Araşdırmaya əsasən, zəlzələ xərcləri dövlət büdcəsində böyük yükə çevrilib. Xəzinə və maliyyə naziri Mehmet Şimşək verdiyi açıqlamasında xərclərin məbləğinin 2023-cü ilin sonunda 950 milyard TL-yə (milli gəlirin 3,7 faizi) çatdığını söyləyib. Orta Müddətli Proqramda (2024-26) zəlzələ ilə əlaqədar büdcə xərclərinin milli gəlirin 2024-cü ildə 2,5 faizi, 2025-ci ildə 0,9 faizi, 2026-cı ildə isə 0,8 faizi olacağı proqnozlaşdırılır. Zəlzələ ilə bağlı xərclər dördillik dövr ərzində milli gəlirin təxminən 8 faizinə bərabər olacaq. 


Zəlzələ Türkiyənin ixracını da azaldıb. Bir ildə təbii fəlakət nəticəsində ixrac imkanları 13 faiz məhdudlaşıb. İxracda ən kəskin azalma 53 faizlə Osmaniyə, 30 faizlə Adıyaman və Kahramanmaraş, 28 faizlə Hatayda qeydə alınıb. 


Vasif


OXŞAR XƏBƏRLƏR

Tanınmış reperin həbsxanadan görüntüsü yayıldı - FOTO

“Havhavhav” mahnısı ilə məşhurlaşan reper Süleyman Burak bir müddət əvvəl narkotik istifadəsini təşviq etdiyinə görə həbs edilmişdi. Sfera.az T...

Ukrayna atəşkəs istəyir, Rusiya isə yayınır - İstanbul görüşü nəyi dəyişəcək?

Rusiya Prezidenti Vladimir Putin Ukraynaya 15 may tarixində İstanbulda birbaşa sülh danışıqlarına yenidən başlamağı təklif edib. Ukrayna Prezidenti Volodim...

Xalq artisti “Lamborghini”ni 300-lə sürdü - VİDEO

Xalq artisti Yusif Eyvazov Almaniyada saatda 300 km sürətlə “Lamborghini” idarə edib.   Sfera.az “Qafqazinfo”a istinadən xəbə...

Kreditlərlə bağlı vacib xəbər: Faizlər bərabər bölünə bilər - AÇIQLAMA

Bankların kredit faizlərinin yüksək olması vətəndaşların hər zaman şikayətlənməsinə səbəb olur. Onları narahat edən digər məqam isə bəzi bankların kredit ödəniş...

Bəzi yerlərə leysan yağdı

Ölkə ərazisində yağıntılı hava şəraiti müşahidə olunub. Bəzi yerlərdə leysan xarakterli intensiv olub.   Bu barədə Sfera.az-a Milli Hidrometeoro...

“Dünyanı idarə edən qlobal güc yoxdur” - VİDEO

“Bu gün dünyada 150-dən çox münaqişə var. Bu onu göstərir ki, qlobal idarəçilik bərbad vəziyyətdədir, dünyanın heç kim idarə edə bilmir. BMT belə öz funku...