Pensiyaların indeksləşdirilməsi: son 19 ilin nəticəsi

Pensiyaların indeksləşdirilməsi: son 19 ilin nəticəsi

Azərbaycan Prezidentinin sərəncamı ilə 2024-cü ilin yanvarın 1-dən pensiyalar növbəti dəfə indeksləşdirilərək artırılacaq. Builki sərəncam da nəzərə alınarsa, son illərdə indeksləşdirmə hesabına pensiyalarda ciddi artıma nail olunub.  


Sfera.az xatırladır ki, Azərbaycanda pensiyalar 2006-cı ildən indeksləşdirilir. 2006-2017-ci illərdə indeksləşdirmə istehlak qiymətləri indeksində baş verən artıma görə, 2018-ci ildən isə orta əməkhaqqında qeydə alınan artım sürətinə uyğun olaraq indeksləşdirilir.


Hesablamalar göstərir ki, 2006-2017-ci illərdə pensiyalarda indeksləşdirmə hesabına artım 117 faiz (2,17 dəfə) olub. 2018-2024-cü illərdə isə pensiyalarda indeksləşdirmə hesabına artım 86,5 faiz təşkil edib. 


Son 7 ildə indeksləşdirmə hesabına pensiyalarda artım sürətinin daha böyük olduğu görünür. Qeyd edilən müddətdə orta əməkhaqqındakı artım qiymətlərdəki artım sürətini xeyli qabaqladığından pensiyaların real dəyəri də yüksəlib. 


Son 7 ildə illik inflyasiya ümumilikdə 61 faiz olub. Əgər pensiyalar illik inflyasiyaya uyğun artırılsa idi, pensiyaların indeksləşdirilməsi 25,5 faiz bəndi az olmalı idi.


Göründüyü kimi, pensiyaların orta əməkhaqqındakı artıma indeksləşdirilməsi daha uğurludur və bu pensiyaçıların gəlirinin daha çox artmasına xidmət edib. 


Vasif


OXŞAR XƏBƏRLƏR

Çarəsiz qalıb özünü maşından atdı, yerindəcə dünyasını dəyişdi - Masallıda FACİƏ

Mayın 10-da saat 21 radələrində Masallı rayonu Həsənli kəndi ərazisində dəhşətli hadisə baş verib.   Sfera.az “qafqazinfo.az”a istin...

Kürdə suyun səviyyəsi yüksəldi: Daşqın təhlükəsi… - Rəsmi

Hazırda Azərbaycan ərazisinə qonşu dövlətlərdən daxil olan transsərhəd çaylarda (Kür, Araz, Samur, Qabırrı və digərləri), eləcə də ölkənin daxili çaylarında yaz...

ABŞ-Çin razılaşması nefti bahalaşdırdı - RƏQƏMLƏR

ABŞ və Çin arasında qarşılıqlı ticarət rüsumlarının azaldılması barədə razılığın əldə olunmasından sonra dünya bazarlarında neft qiymətləri kəskin artıb &nbs...

4 bürc üçün xəyallar gerçəkləşir - Ürəyinizdə solan daxili alov yenidən alışacaq

Bu yazın sonuncu Tam Ayı, güclü emosiyalar, Kainatdan gələn işarələr və uzun müddət dayanmış vəziyyətlərdə irəliləyiş üçün bir fürsət gətirəcək. Dörd bürc üçün ...

"Unibank" nüfuzlu Almaniya bankından 5 milyon avro kredit cəlb etdi

"Unibank" beynəlxalq maliyyə əməkdaşlığını genişləndirərək Almaniyanın nüfuzlu maliyyə institutu olan AKA Ausfuhrkredit-Gesellschaft mbH ilə tərəfdaşl...

Bu komissiyanın tərkibində dəyişiklik edildi

Prezident İlham Əliyev 21 fevral 2019-cu il tarixli Fərmanı ilə təsdiq edilmiş “İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyası haqqında Əsasnamə...