"DSMF 30 min manatımı banka qoyub pul qazanır, bəs mənə niyə..." - Ekspert ŞİKAYƏT ETDİ

“Mənim Dövlət Sosial Müdafiə Fondunda 30 min manatdan çox vəsaitim var. Fond mənim pulumu 7-8%-lə banka yerləşdirib ildə ən azı 2000-2500 manat pul qazanır.

 

Bəs mənə bu vəsaitdən niyə pay vermir?!”


Sfera.az xəbər verir ki, bu fikirləri Dövlət Sosial Müdafiə Fondunun (DSMF) investisiya siyasətini şərh edən zaman iqtisadçı-ekspert Natiq Cəfərli bildirib. 


Xatırladaq ki, DSMF əvvəlki illərdə formalaşan 1 milyard 50 milyon manat vəsaitini Azərbaycanın ən böyük 5 bankına depozit şəklində yerləşdirib və bu banklardan faiz gəliri əldə edir.  


N.Cəfərli hesab edir ki, DSMF bu cür investisiya siyasəti ilə fonda ödəniş edən şəxslərin hüquqlarını pozur: “DSMF gəlir əldə edənlərdən icbari qaydada vəsait toplayır. Hər bir gəlir əldə edən şəxsin fonda pul ödəmək öhdəliyi var. Əgər gəlir əldə edənlər ödəniş etməsə, onlar cəzalandırılırlar. Amma DSMF-nin fonda pul ödəyən şəxslər qarşısında fərdi məsuliyyəti yoxdur”. 


N.Cəfərli bildirib ki, DSMF əhalidən topladığı vəsaiti banka depozit kimi qoyursa, əldə etdiyi gəlirin bir hissəsini də əhali ilə bölüşməlidir:

 

“DSMF bizim pulu banka qoyub faiz gəliri əldə edir və bunun adını “investisiya” qoyur. Yaxşı, DSMF mənim (əhalinin) pulumu banka qoyub faiz əldə edirsə, niyə həmin gəlirdən mənə pay vermir?! Şəxsən mənim DSMF-də 30 min manatdan çox vəsaitim var, Fond mənim pulumu 7-8%-lə banka yerləşdirib ildə ən azı 2000-2500 manat pul qazanır. Bəs mənə bu vəsaitdən niyə pay vermir?!”


Vasif


OXŞAR XƏBƏRLƏR

Məşhur “Kinder” şokoladları haqqında həqiqət yalnız 35 ildən sonra məlum oldu

1990-cı ildə italyan qənnadı Mikael Ferrero tərəfindən yaradılmış “Kinder Bueno” 60-dan çox ölkədə partlayış “hit”ə çevrilmişdir. Ancaq ...

Qayınatasını öldürmək istədi, özü öldü

Abşeron rayonunda kürəkənini qəsdən öldürməkdə təqsirləndirilən Tayır Tayırovun cinayət işi üzrə məhkəmənin yekun prosesi keçirilib.   Sfera.az ...

Ərdoğan Zelenski ilə danışdı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Ukrayna Prezidenti Vladimir Zelenski arasında telefon danışığı baş tutub.   Sfera.az xəbər verir ki, bu bar...

Sabah Bakının bu ərazilərində qaz olmayacaq

Sabunçu rayonu, Maştağa və Qaradağ rayonu, Qızıldaş qəsəbələrində yerləşən mövcud qaz xətləri üzərində təmir-quraşdırma işlərinin aparılması planlaşdırılır.&nbs...

Bakıda "Son zəng"ə görə pul tələb edən məktəb direktoru işdən çıxarıldı

Bakıda "Son zəng"ə görə pul tələb edən məktəb direktoru işdən çıxarılıb.   Sfera.az bildirir ki, bu barədə Məktəbəqədər və Ümumi təhsil üzr...

Velosiped və skuter sürənlərə ÇAĞIRIŞ - VİDEO

Paytaxtda bəzi velosiped və skuter idarə edən şəxlər yollarda hərəkət zamanı qəfil manevrlər edirlər, yolun hərəkət hissəsindən necə gəldi keçirlər. Digər nəqli...