Sədrliyi Qordi düyününə çevrilən BANK: Son 6 ildə 5 rəhbər DƏYİŞDİ

Sədrliyi Qordi düyününə çevrilən BANK: Son 6 ildə 5 rəhbər DƏYİŞDİ

Türkiyə Mərkəzi Bankının ilk xanım sədri Hafize Qaye Erkan da quruma uzun müddət rəhbərlik etmədən istefa verib. Bununla da Mərkəzi Banka qısa müddət rəhbərlik edən şəxslərin sayı 5-ə çatıb. 


Sfera.az xatırladır ki, son 6 ildə Türkiyədə Mərkəzi Bankın rəhbərlərinin heç biri öz sədrlik müddətini tam başa vura bilməyib. Bunun başlıca səbəbi isə ötən 6 il ərzində türk lirəsinin sürətlə ucuzlaşmasıdır. Lirənin ucuzlaşmasına görə Mərkəzi Bank günahkar bilindiyindən bank rəhbərliyi daha tez-tez dəyişib. 


Altı il əvvəl Türkiyədə dollar 4,8 lirə idi. Dollar bir il sonra 7 lirəyə, iki il sonra 10 lirəyə, dörd il sonra 14 lirəyə, hazırda isə 30,5 lirəyə yüksəlib. 


Xüsusən, Hafize Qaye Erkan sədr seçiləndən sonra dolların sürətlə bahalaşması müşahidə edilib. Onun rəhbərliyi dövründə dollar 19 lirədən 30,5 lirəyə çatıb. 


Hafize Qaye Erkan istefa verməsinin səbəbini yaş yarımlıq övladına görə tənqid edilməsi ilə əlaqələndirsə də, türkiyəli analitiklər bunu daha çox Maliyyə Nazirliyi ilə yaranan problemlərlə əlaqələndirir. 


Hər halda Türkiyə gərgin maliyyə dövrünü yaşayır və belə dövrdə Mərkəzi Banka rəhbərlik etmək də asan deyil.


Vasif
 


OXŞAR XƏBƏRLƏR

Nadir xəstəliyə tutulmuş qadın sağlam uşaq dünyaya gətirdi

Tez-tez nəfəs darlığı, sürətli ürək döyüntüsü və gözlənilməz hamiləlik xəbərləri - bu hadisələrin hər biri özlüyündə həyatı kökündən dəyişə bilər. Cessika Conso...

Benzin və dizel BAHALAŞACAQ

Türkiyədə valyuta məzənnələrindəki dəyişkənlik, neftin qiymətinin artması səbəbindən benzin və dizel yanacağında qiymət artımı gözlənilir.   Sfera.az...

Flora Kərimovanın səhhəti necədir? - AÇIQLAMA
"Flora xanımın 84 yaşı var, daha efirlərə çıxmır. O, zamanında səhnədə sözünü deyib. Televerilişlərə gedəndə yorulur. Heç müsahibələr də vermir. İndi bağda...

Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi vəfat etdi - FOTO

Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Samir Əliyev dünyasını dəyişib.   Sfera.az-ın məlumatına görə, bu gün infarkt keçirən S.Əliyev xəstəxanaya ç...

“Uzaq Şəhər” serialı möhtəşəm finala hazırlaşır – Tarix açıqlandı

Türkiyənin 2025-ci ildə ən çox izlənilən seriallarından olan “Uzaq Şəhər” ilk mövsümünün finalına yaxınlaşır. Reytinq rekordları qıranekran  iş...

Bu məkanda qiymət 5 dəfə artdı...

Deyirik ki, turizm Azərbaycanda prioritet sahədir. Amma baxırsan, bu sahədəki qərarlar ya gecikir, ya da ümumiyyətlə, hədəfsiz görünür. Məsələn, Qobustan qoruğu...