"Dollar kreditləri ilə bağlı təkliflər göndərmişik, iş gedir" - Millət vəkili
Sfera.az report-a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında deputat Vahid Əhmədov deyib.
V.Əhmədovun sözlərinə görə, hazırda Azərbaycanda 15-20 bankın olması kifayətdir: "Bankların sağlamlaşdırılmasının əsas yolu onların birləşdirilməsindən keçir".
Deputat gələn il kommunal xidmətlərə görə tariflərin qaldırımasının planlaşdırılmadığını deyib: "Hansısa kommunal xidmətlərin qiymətinin qaldırılmasını büdcədə müəyyən etməmişik. Amma bütün bunlar neftin qiymətindən və gedən iqtisadi prosdeslərdən asılı olacaq. Həmçinin, sosial müavinətlərin artırılması da bütün bu proseslərə bağlıdır".
V.Əhmədov onu da qeyd edib ki, təxminən 4 ay bundan əvvəl Maliyyə Bazarlarına Nəzarət Palatasına Azərbaycan banklarının sağlamlaşdırılması, dollar kreditlərinin ödənilməsi ilə bağlı təkliflər paketi göndərib. Amma bu günə qədər Palata təkliflərə cavab verməyib: "Məndə olan məlumata görə, hazırda bu təkliflər üzərində iş gedir. Son iki ayda banklarla bağlı 300-ə qədər müraciət daxil olub. Həmin müraciətlər dollarla verilən kreditlərdə güzəşt etməyən banklarla bağlıdır. Amma bir çox banklar müştərilərin kreditlərini manata çevirir".