Bəzi ərzaq məhsulları UCUZLAŞDI - SƏBƏB

Bəzi ərzaq məhsulları UCUZLAŞDI - SƏBƏB

Dünya üzrə ərzaq qiymətləri bu ilin yanvarında son üç ilin ən aşağı səviyyəsinə düşüb.

 

Sfera.az xəbər verir ki, bu haqda məlumatı BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) yayıb.

 

Qlobal ərzaq qiymətləri taxıl və ətin ucuzlaşması səbəbindən minimum həddə düşüb. Taxıl, yağlı bitkilər, süd məhsulları, ət və şəkərin qiymətlərində aylıq dəyişiklikləri izləyən FAO bildirir ki, indiki qiymət səviyyəsi 2021-ci ilin fevralında qeydə alınan qiymət səviyyəsi ilə eynidir.

 

Yanvarda qlobal səviyyədə taxıl aylıq 2,2 faiz, illik isə 18,6 faiz ucuzlaşıb. Bitki yağı aylıq 0,1 faiz artsa da, illik 12,8 faiz azalıb.

 

Süd məhsullarının qiymətləri aylıq müqayisədə dəyişməyib, amma illik müqayisədə 17,8 faiz azalıb.

 

Yanvarda ət qiymətləri 1,4 faiz, illik 1,2 faiz enib. Ətin qiymətinin aylıq azalması ardıcıl 7 ay davam edib.

 

Vasif
 


OXŞAR XƏBƏRLƏR