Tahir Kərimlidən İqtisadiyyat Nazirliyinə MÜRACİƏT: "Eşitmişəm ki..."

Tahir Kərimlidən İqtisadiyyat Nazirliyinə MÜRACİƏT:

“Ölkəmizdə geni dəyişdirilmiş qida məhsullarının sayı artıb”.

 

Sfera.az xəbər verir ki, bunu, Milli Məclisin 1 fevral 2024-cü il tarixli iclasında deputat Tahir Kərimli “Qida təhlükəsizliyi haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinin müzakirəsi zamanı deyib.

 

“Ölkəmizdə insanlar uzun yaşasa da, xəstə olurlar. Bunların səbəbi geni dəyişdirilmiş məhsullardır. Türkiyədə bir ədəd belə geni dəyişdirilmiş kartof yoxdur. Gədəbəydə kartofu kəsirsən, içindən su çıxır. Xalqın istifadə etdiyi bütün kütləvi məhsulların geni dəyişdirilir. Bazara gedirsən, tumsuz pomidor, qarpız və başqa məhsullar mövcuddur. Bunların çoxu Türkiyədən bizə idxal olunur. Onlar da xarici ölkələrdən gətirirlər. Eşitmişəm ki, yeni qanun layihəsi təklif olunub ki, hibrid məhsulların istehsalına imkan verilsin. İqtisadiyyat Nazirliyinə müraciət edirəm ki, bundan çəkinsinlər. Azərbaycan xalqı sağlam yaşamalıdır”.

 

 Firuzə Əliyeva


OXŞAR XƏBƏRLƏR