“Global Finance” Kapital Bank-ı mükafatlandırdı

“Global Finance” Kapital Bank-ı mükafatlandırdı

Dünyanın nüfuzlu “Global Finance” jurnalı “Fevral 2024-Ticarət Maliyyəçisi Xüsusi Buraxılışı”nda dərc olunacaq eksklüziv sorğuya əsasən 11 qlobal, 8 regional kateqoriyada, 100-dən çox ölkə və ABŞ-ın 8 regionu üzrə “Ən Yaxşı Ticarət Maliyyəsi Təminatçısı” (“Best Trade Finance Providers”) mükafatının qaliblərini təyin edib. Mükafatçıların sırasında ölkənin birinci bankı Kapital Bank da yer alıb. Qaliblər BAFT Assosiasiyası tərəfindən Frankfurt şəhərində keçirilən tədbirdə elan edilib.

 

Jurnalın redaktorlar şurası ilin qaliblərini banklar və digər provayderlərin təqdimatlarına, eləcə də sənaye analitikləri və texnologiya ekspertlərinin rəylərinə əsasən seçib. Qaliblərin qiymətləndirilməsi əməliyyatların həcmi, qlobal əhatə dairəsi, müştəri xidməti, rəqabət qabiliyyəti və innovativ texnologiyaların tətbiqi kimi meyarlara əsasən həyata keçirilib.

 

Qeyd edək ki, “Global Finance” jurnalı 2018-ci ildə Kapital Bank-ı Azərbaycanda “Ən Güvənli Bank” (“Safest Bank”) adına layiq görüb. 2019-cu ildə də bank “Ən Yaxşı Ticarət Maliyyəsi Təminatçısı” (“Best Trade Finance Providers”) mükafatını alıb.  

 

Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 117 filialı və 49 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün //kapitalbank.az  saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün — //kbl.az/prgtk , Birbank kartı sifarişi üçün — //kbl.az/prcrc .


OXŞAR XƏBƏRLƏR

"Moskva və Kiyev arasında danışıqları dəstəkləyirik" - Çin XİN

Çin Ukraynada sülhə nail olmaq üçün bütün təşəbbüsləri, xüsusən də Moskva və Kiyev arasında danışıqlar təklifini dəstəkləyib.   Sfera.az “Globa...

Keçmiş əsgərlərdən etiraf: “Silahsız insanları yuxuda öldürürdülər”

Britaniya Xüsusi Qüvvələrinin sabiq üzvləri, Əfqanıstan və İraqda törədilən müharibə cinayətləri ilə bağlı şok açıqlamalar veriblər.    Sfera.az...

“Həyat yoldaşından küsən qadın çökür”

Xalq artisti Gülyanaq Məmmədova həyat yoldaşından danışıb. Sfera.az xəbər verir ki, “Maqazin plus” yutub layihəsində qonaq olan müğənni on...

"80 milyon insan aclıqla üz-üzə qalacaq" - BMT rəsmisi

Birləşmiş Millətlər Təşkilatının (BMT) İnsan Haqları üzrə nümayəndəsi iqlim dəyişikliyinin qlobal aclıq böhranını daha da dərinləşdirəcəyini bildirib.   ...

ABŞ bu sahədə Çinə uduzacaq: "Üstünlüyümüz uzun sürməyəcək”

“OpenAI”nin baş direktoru Sam Altman ABŞ Senatında verdiyi açıqlamada Amerikanın süni intellekt (SI) sahəsindəki liderliyinin Çin qarşısında davamlı...

Metro və dəmir yolundan istifadə edənlər üçün SEVİNDİRİCİ XƏBƏR

Böyük şəhərlərin dayanıqlı inkişafında relsli nəqliyyat - metro və dəmir yolu sistemləri ən effektiv həll yollarından biri sayılır.   Sfera.az x...