Azərbaycanda dollar bolluğu YARANIB: Manatın taleyi necə olacaq?

Azərbaycanda dollar bolluğu YARANIB: Manatın taleyi necə olacaq?

Ötən il Azərbaycan Mərkəzi Bankı (AMB) valyuta bazarında təkliflə tələb nisbətini tənzimləmək üçün 2,1 milyard dollar alıb. 

 

Sfera.az xəbər verir ki, ötən il baş tutan hərracların 92 faizində təklif tələbi üstələyib və bazarda dollar artıqlığı yaranıb. Artıq vəsaitin manatı bahalaşdırmaması üçün AMB bazara alışyönlü müdaxilə edib və nəticədə valyuta ehtiyatları xeyli artıb. 

 

2023-cü ildə AMB tərəfindən valyuta alışının artması bank sistemində likvidliyin artmasına da şərait yaradıb. Belə ki, Mərkəzi Bank bazardan böyük həcmdə dollar alan zaman dövriyyəyə böyük həcmdə manat buraxıb. Bu, manatla olan pul bazasının 2023-cü ildə 19,6% artmasına şərait yaradıb. 

 

Onu da bildirək ki, AMB dollar alışının çox hissəsini dekabrda həyata keçirdiyindən manatla pul bazasındakı artımın 74 faizindən çoxu məhz dekabrda baş verib. 

 

Vasif 
 


OXŞAR XƏBƏRLƏR