Mərkəzi Bankdan uçot dərəcəsi ilə bağlı QƏRAR

Mərkəzi Bankdan uçot dərəcəsi ilə bağlı QƏRAR

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin bu gün qəbul etdiyi qərarla uçot dərəcəsi 8%-dən 7,75%-ə, faiz dəhlizinin aşağı həddi 6,5%-dən 6,25%-ə, faiz dəhlizinin yuxarı həddi isə 9%-dən 8,75%-ə endirilib.

 

Sfera.az AMB-yə istinadən xəbər verir ki, bu qərar faktiki və proqnozlaşdırılan inflyasiyanın hədəf dəhlizində (4±2%) olması, inflyasiya gözləntilərinin stabilləşməsi, eləcə də valyuta bazarında vəziyyət nəzərə alınmaqla verilib. AMB bildirib ki, İdarə Heyətinin pul siyasətinə həsr edilən ötən iclasından (2023-cü ilin dekabrı-red.) bəri illik inflyasiya tempi azalıb. 2023-cü ildə 12 aylıq inflyasiya 2,1% təşkil etməklə hədəf (4±2%) diapazonunun aşağı hissəsində formalaşıb:

 

“İnflyasiyada istehlak səbətinin bütün qrup komponentləri üzrə azalma müşahidə edilib. İllik ərzaq inflyasiyası 0,8%, qeyri-ərzaq inflyasiyası 2,7%, xidmətlər inflyasiyası isə 3,7% təşkil edib”.

 

Qeyd edək ki, Azərbaycanda inflyasiya sürətinin azalması ilə əlaqədar AMB 2023- cü ilin oktyabrından faizləri endirir. Oktyabra qədər 9 faiz olan uçot dərəcəsi əvvəlcə 8,5 faizə, dekabrda 8 faizə salınmışdı. Bugünki qərarla uçot dərəcəsi bir qədər də endirilmiş oldu. Uçot dərəcəsi inflyasiyaya uyğun olaraq tənzimlənir. Ölkədə inflyasiya güclənəndə uçot dərəcəsi artırılır, azalanda isə uçot dərəcəsi azaldılır. AMB uçot dərəcəsi ilə banklara kredit verir. 2024-cü ilin yanvarın 1-nə olan məlumata əsasən bankların AMB-dən uçot dərəcəsi ilə aldığı borc 664,2 milyon manatdır. Bir il əvvəlki tarixlə müqayisədə AMB-nin uçot dərəcəsi ilə verdiyi kreditin həcmi 171,2 milyon manat azalıb. Banklar aldıqları bu borcları uçot dərəcəsindəki dəyişikliyə uyğun qaydada hesablayaraq qaytarmalıdırlar.

 

Vasif


OXŞAR XƏBƏRLƏR

Bağçalarla bağlı şad xəbər: 77 milyon manat ayrıldı

Azərbaycanda bir sıra məktəbəqədər təhsil müəssisələrində hazır yemək təminatı yaxşılaşdırılacaq.   Sfera.az xəbər verir ki, bununla bağlı keyfiyyətə...

Çox məntiqli bir səbəbi var: Bir çox tualetdə niyə iki ayrı yuyucu düymə var?

Tualetlərdə qarşılaşdığımız ikiqat su sistemi düşündüyümüzdən çox daha əhəmiyyətli bir səbəbə əsaslanır. Fərqində olmadan hər gün istifadə etdiyimiz bu dizaynın...

Bill Qeyts ən böyük səhvini açıqlayıb

Microsoft-un həmtəsisçisi Bill Qeyts şirkətin mobil əməliyyat sistemləri bazarındakı uğursuzluğunu özünün "ən böyük səhvi" adlandırıb və bu, korporasi...

Həyat tərzi ilə görənləri heyrətə gətirən "lal" tayfa: Pirahalar

Amazon meşələrində yaşayan Piraha tayfası dili, mədəniyyəti və qohumluq əlaqələri ilə dünyada nadir bir icmadır. Mücərrəd məfhumları ehtiva etməyən dilləri, sır...

Türkiyədə 15 gündə 34 nəfər saxta spirtli içkidən öldü- Həbs olunanlar var

Türkiyənin İstanbul şəhərində yanvarın 1-dən bu yana saxta spirtli içkilərdən istifadə nəticəsində 34 nəfər həyatını itirib.   Sfera.az xəbər verir k...

Meta 2025-ci ildə təxminən 3600 işçini ixtisar edəcək

Meta qarşıdan gələn il işçilərin 5% ixtisarını təsdiqləyib ki, bu da təxminən 3600 işçi təşkil edəcək. Sfera.az xəbər verir ki, bu barədə "CBS News"...