Türkiyədə yoxsulluq həddi 2 min manatı keçdi
Türkiyədə yoxsulluq həddi sürətlə yüksəlir. Buna səbəb yüksək inflyasiyadır.
Sfera.az xəbər verir ki, "TÜRK-İŞ"in (həmkarlar konfederasiyası – red.) araşdırmasına görə, 2024-cü ilin yanvarında Ankarada yaşayan 4 nəfərlik bir ailənin sağlam, balanslı və adekvat qidalanması üçün aylıq qida xərcləri (aclıq limiti) 15 min 048 TL-yə (843 manat) yüksəlib.
Geyim, mənzil (kirayə, elektrik, su, yanacaq), nəqliyyat, təhsil, səhiyyə və bu kimi məcburi xərcləri də nəzərə aldıqda Türkiyədə yoxsulluq həddi 49 min 019 TL-yə (2 745 manat) çatıb.
Subay olan bir işçinin yoxsulluq həddi isə 19 min 630 TL (1099 manat) təşkil edib. Ankarada yaşayan 4 nəfərlik ailənin yemək üçün minimum xərclərində artım əvvəlki ayla müqayisədə 4,27 faiz olub. On iki ay ərzində dəyişiklik nisbəti isə 69,76 faiz təşkil edib.
Vasif