"Ödənişləri vaxtında ödəməyən vətəndaş..." - Ekspert daxili kredit üsulundan DANIŞDI

Ticarət müəssisələrinin bir çoxunda hissə-hissə ödəniş etməklə məhsul satışı mövcuddur.

 

Bəs bu cür məhsul satışı kredit sayılırmı və həmin müəssisələrə ödənişlər gecikərsə, nə baş verir?

 

Mövzu ilə bağlı Sfera.az-a danışan iqtisadçı-ekspert Natiq Cəfərli bildirib ki, hissəli ödənişlə satılan məhsullar formal olaraq kredit sayılır.

 

“Amma onların kredit tarixçəsinə təsiri minimumdur. Bir çox hallarda həmin ticarət mağazaları banklarla danışaraq daxili kredit üsulundan istifadə edirlər. Bu üsulun kredit tarixçəsinə mənfi təsiri olmur. Lakin həmin müəssisələr digər mağaza şəbəkələrinə müştərinin kredit tarixçəsi ilə bağlı informasiyaları ötürür. Aylıq ödənişləri vaxtında ödəməyən vətəndaş, digər mağaza şəbəkələrindən də məhsul alarkən problem yaşayır”.

 

Ekspert bildirib ki, əgər həmin mağazalar kredit bürosunun üzvü olarsa kredit tarixçəsinə təsir göstər bilər.

 

Ülkər Abdurahmanlı


OXŞAR XƏBƏRLƏR