Əhalinin istehlak xərclərinə görə borcu 7 milyard manata çatdı
Azərbaycan əhalisinin istehlak məqsədilə aldığı kreditlərə görə 7 milyard manat borcu yaranıb.
Sfera.az xəbər verir ki, istehlak xərclərinə görə yaranan kredit borcu 2023-cü ilin əvvəlində 5,81 milyard manat dəyərində idi. Ötən il ərzində bu məbləğ 1,125 milyard manat (19,35 faiz) artaraq 6,937 milyard manata çatıb.
Ümumilikdə, kreditlərə görə yaranan borcların çox hissəsi məhz istehlak üçün alınan kreditlər üzrə formalaşır. Əhalinin ümumi borcu 13,5 milyard manatdır. Bu borcun 6,94 milyard manatı istehlak kreditlərinə görə, 3,63 milyard manatı ipoteka kreditlərinə, 2,95 milyard manatı sahibkarlıq fəaliyyətinə görə alınan kreditlər üzrə yaranıb.
Diqqəti cəlb edən faktlardan digəri isə ondan ibarətdir ki, əhalinin kredit borcundakı artım sürəti digər subyektlərin borclarındakı artım sürətindən xeyli yüksəkdir. Bunun nəticəsidir ki, son bir ildə cəmi kredit borcları 19 faiz artdığı halda əhalinin borcu 24 faizdən çox artıb.
Vasif