Əfqanıstanda qəzaya uğrayan Rus təyyarəsindən 1,2 milyon dollar oğurlanıb

Əfqanıstanda qəzaya uğrayan Rus təyyarəsindən 1,2 milyon dollar oğurlanıb

Rusiya biznes təyyarəsindən külli miqdarda pul yoxa çıxıb.
 

Sfera.az xəbər verir ki, bu yaxınlarda Əfqanıstan dağlarında qəzaya uğrayan Rusiyaya məxsus “Falcon 10” təyyarəsindən 1,2 milyon dollar oğurlanıb.
Əfqanıstan hakimiyyəti Bədəxşan əyalətində qəzaya uğrayan biznes təyyarəsindən xeyli miqdarda pul oğurlayan şəxsləri axtarır.
 

Jurnalistlərin sözlərinə görə, hadisə yerinə ilk gələn Taliban hərəkatının yerli hərbi hissəsinin oğurluqda əli olub-olmaması yoxlanılır.
 

Mənbələrin məlumatına görə, vəsaitin ümumi dəyəri aşkar edildikdən sonra Talibanın Bədəxşan qubernatoru Məhəmməd Əyyub Xalid hadisəni araşdırmaq üçün xüsusi komissiya təşkil edib.

Vilayətdəki Taliban kəşfiyyatının rəhbəri oğruların tapılması üçün məsuliyyəti öz üzərinə götürüb. Onlar həmçinin hadisə yerinə ilk gələn qrupun ordu qərargahının rəhbəri Fasihuddin Fitre ilə əlaqəli olan Talibanı da yoxlayacaqlar.
 

Qəzanın təfərrüatları
 

Xatırladaq ki, göyərtəsində rusların olduğu “Falcon 10B” təyyarəsi yanvarın 20-də iki mühərrikinin sıradan çıxması səbəbindən Əfqanıstan dağlarında qəzaya uğrayıb. Qəza ABŞ və Aİ-nin 2022-ci ilin fevral ayından təyyarələrin yeni tədarükü, texniki xidməti və sığortasına sanksiyalar tətbiq etməsindən sonra ilk dəfə baş verib.

 

Jurnalistlərin məlumatına görə, Əfqanıstanda qəzaya uğrayan təyyarə Pattayadan (Tayland) Moskvaya şəxsi tibbi evakuasiya reysi həyata keçirirmiş. O, yanacaq doldurmaq üçün Hindistanın Qaya şəhərinə enib. Təyyarədə altı nəfər - dörd ekipaj üzvü və iki sərnişin olub.

Qəzadan əvvəl pilot texniki nasazlıqlar barədə məlumat verib. Təyyarə hərəkət trayektotiyasından çıxaraq Tacikistanla sərhədə yaxın Vaxan bölgəsində Tofan dağına düşüb.

 

Aysel

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Dünyanın ən güclü futbolçusu müəyyənləşib - Sorğu

Portuqaliya millisinin hücumçusu və Səudiyyə Ərəbistanının “Əl Nəsr” komandasında çıxış edən Kriştiano Ronaldo tarixin ən güclü oyunçusu seçilib. ...

İranda avtobus qəzası olub, 8 nəfər ölüb

İranın cənub əyaləti Farsda avtobusun aşması nəticəsində 8 nəfər həlak olub, 15 nəfər xəsarət alıb.   Sfera.az “Report”a istinadən xəbər ...

Bəzi bölgələrdə güclü külək əsəcək - XƏBƏRDARLIQ

İyulun 20-22-də bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib.   Sfera.az xəbər verir ki, bu haqda xəbərdarlığı ...

Əfsanəvi “KVN”çinin adı şöhrət xiyabanına yazıldı - FOTO

“Bakılı oğlanlar” KVN komandasının əfsanəvi kapitanı Anar Məmmədxanovun xatirəsinə şöhrət ulduzu verilib.   Sfera.az Bizim.Media-ya istin...

Dünya liderləri İlham Əliyevdən çox şey öyrənə bilər - Sergey Markov

Dünya liderləri Prezident İlham Əliyevdən çox şey öyrənə bilər, zəfərin sirrinin nədən ibarət olduğunu anlayarlar.   Sfera.az Trend-ə istinadən xəbər...

Odlar Yurdu Universitetinin nümayəndələri Çinə səfər ediblər - FOTO

Odlar Yurdu Universitetinin Tədrisin təşkili və yeni təlim texnologiyaları üzrə prorektoru, dosent Qabil Qafarovun rəhbərlik etdiyi nümayəndə heyəti Çin Xalq Re...