Qarabağ Dirçəliş Fondunun Müşahidə Şurasının iclası keçirildi - FOTO

Qarabağ Dirçəliş Fondunun Müşahidə Şurasının iclası keçirildi - FOTO

Qarabağ Dirçəliş Fondunun (QDF) Müşahidə Şurasının növbəti iclası keçirilib.

 

Sfera.az xəbər verir ki, iclasda Müşahidə Şurasının sədri, Azərbaycan Respublikasının iqtisadiyyat naziri Mikayıl Cabbarov, Şuranın üzvləri - ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev, Milli Məclisin deputatı Tural Gəncəliyev, Milli Məclisin deputatı Fatma Yıldırım, Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradov, Azərbaycanın Xalq artisti Alim Qasımov, eyni zamanda, Fondun İdarə Heyətinin sədri Rəhman Hacıyev iştirak ediblər.

 

İlk olaraq Müşahidə Şurasının sədri Mikayıl Cabbarov Şuranın üzvü, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevi cari ilin noyabr ayında ölkəmizdə keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyasının (COP29) prezidenti seçilməsi münasibətilə Şura üzvləri adından təbrik edib, sözügedən tədbirin yüksək səviyyədə keçəcəyinə əminliyini ifadə edib.

 

Qeyd olunub ki, COP29 kimi nüfuzlu tədbirin Azərbaycanda keçirilməsi ilə bağlı qərarın verilməsi dövlətimizin növbəti triumfudur.

 

Daha sonra Şuranın sədri gündəlikdə olan məsələləri, o cümlədən Fondun 2024-cü il üzrə büdcəsinin təsdiq olunması, bərpa və yenidənqurma işlərinə maliyyə dəstəyinin göstərilməsi qaydalarının təkmilləşdirilməsi, kənar auditorun təsdiq edilməsi və digər müvafiq məsələləri müzakirəyə çıxarıb.

 

Fondun İdarə Heyətinin sədri Rəhman Hacıyev Müşahidə Şurasına bununla bağlı ətraflı məlumatı təqdim edib.

 

Qeyd edək ki, bütün müzakirə olunan məsələlərlə bağlı Şura üzvləri tərəfindən müvafiq qərarlar qəbul olunub. Şura üzvləri Fondun gördüyü işlər və fəaliyyət istiqamətləri ilə bağlı razılıqlarını ifadə edib, İdarə Heyətinin sədrinə müvafiq tapşırıqlar veriblər.

 


OXŞAR XƏBƏRLƏR

“Həyat yoldaşından küsən qadın çökür”

Xalq artisti Gülyanaq Məmmədova həyat yoldaşından danışıb. Sfera.az xəbər verir ki, “Maqazin plus” yutub layihəsində qonaq olan müğənni on...

"80 milyon insan aclıqla üz-üzə qalacaq" - BMT rəsmisi

Birləşmiş Millətlər Təşkilatının (BMT) İnsan Haqları üzrə nümayəndəsi iqlim dəyişikliyinin qlobal aclıq böhranını daha da dərinləşdirəcəyini bildirib.   ...

ABŞ bu sahədə Çinə uduzacaq: "Üstünlüyümüz uzun sürməyəcək”

“OpenAI”nin baş direktoru Sam Altman ABŞ Senatında verdiyi açıqlamada Amerikanın süni intellekt (SI) sahəsindəki liderliyinin Çin qarşısında davamlı...

Metro və dəmir yolundan istifadə edənlər üçün SEVİNDİRİCİ XƏBƏR

Böyük şəhərlərin dayanıqlı inkişafında relsli nəqliyyat - metro və dəmir yolu sistemləri ən effektiv həll yollarından biri sayılır.   Sfera.az x...

Nə üçün Bakını ziyarət edək? - "Forbes" Azərbaycandan yazdı

ABŞ-nin məşhur “Forbes” iqtisadi jurnalında Bakı haqqında məqalə-reportaj dərc olunub.   Sfera.az xəbər verir ki, yazıda Bakının tarixi, ...

Azərbaycanlı aktrisadan cəsarətli paylaşım – FOTOLAR

Türkiyədə yaşayan tanınmış aktrisa Nəsrin Cavadzadə yenə də diqqətləri üzərinə çəkməyi bacarıb. Aktrisa bu dəfə başdan-ayağa transparan libas seçimi ilə gündəmə...