Türkiyə Mərkəzi Bankı faizləri bir qədər də artırdı - YENİ RƏQƏM

Türkiyə Mərkəzi Bankı faizləri bir qədər də artırdı - YENİ RƏQƏM

Gözləntilərə uyğun olaraq Türkiyə Mərkəzi Bankı uçot dərəcəsini 2,5 faiz bəndi artıraraq 45 faizə çatdırıb. 


Sfera.az xəbər verir ki, faiz dərəcəsinin artırılmasına səbəb ölkədə yüksək inflyasiyanın müşahidə edilməsidir.

 

Türkiyədə dekabrda illik inflyasiya 65 faizə yüksəlmişdi. 


Faizlərin bu qədər artırılmasında məqsəd inflyasiyanı cilovlamaqdır. Türkiyənin Mərkəzi Bankı 2023-cü ilin iyunundan faizləri artırır.

 

İlk artım qərarına qədər faiz 8,5 idi. Ötən müddətdə faiz dərəcəsi xeyli artırılıb. Artımlara baxmayaraq, Türkiyə hələ də yüksək inflyasiyadan xilas ola bilmir. 


Vasif
 


OXŞAR XƏBƏRLƏR