"Bu razılaşma 2024-cü ilin sonunda..."– Ukraynadan Rusiya təbii qazı ilə bağlı AÇIQLAMA

Ukrayna, Rusiya təbii qazının Ukrayna üzərindən Avropaya nəqlini təmin edən razılaşmaların 2024-cü ildən sonra uzadılmayacağını açıqlayıb.

 

Sfera.az xəbər verir ki, bu barədə Nazirlər Şurası məlumat yayıb.

 

Açıqlamada təbii qaz məsələsinin yalnız Avropa İttifaqına (Aİ) üzv dövlətlərinin gündəmə gətirəcəyi təqdirdə müzakirə oluna biləcəyi vurğulanıb.

 

Ukrayna Administrasiyasının 2023-cü ilin sonu üçün açıqladığı məlumatlara görə, bu ölkədən boru kəmərləri ilə Avropaya nəql edilən Rusiya qazının həcmi 2022-ci illə müqayisədə 28,4 faiz azalaraq 14,6 milyard kubmetrə düşüb.

 

Qeyd edək ki, Ukraynanın milli təbii qaz şirkəti "Naftoqaz" ilə Rusiyanın "Qazprom" şirkəti arasında 2019-cu il dekabrın 30-da imzalanan hökumətlərarası saziş, 2021-2024-cü illər ərzində Ukrayna üzərindən Avropaya ildə 40 milyard kubmetr təbii qazın tranzitini nəzərdə tutur.

 

Ülkər Abdurahmanlı


OXŞAR XƏBƏRLƏR

Keçmiş əsgərlərdən etiraf: “Silahsız insanları yuxuda öldürürdülər”

Britaniya Xüsusi Qüvvələrinin sabiq üzvləri, Əfqanıstan və İraqda törədilən müharibə cinayətləri ilə bağlı şok açıqlamalar veriblər.    Sfera.az...

“Həyat yoldaşından küsən qadın çökür”

Xalq artisti Gülyanaq Məmmədova həyat yoldaşından danışıb. Sfera.az xəbər verir ki, “Maqazin plus” yutub layihəsində qonaq olan müğənni on...

"80 milyon insan aclıqla üz-üzə qalacaq" - BMT rəsmisi

Birləşmiş Millətlər Təşkilatının (BMT) İnsan Haqları üzrə nümayəndəsi iqlim dəyişikliyinin qlobal aclıq böhranını daha da dərinləşdirəcəyini bildirib.   ...

ABŞ bu sahədə Çinə uduzacaq: "Üstünlüyümüz uzun sürməyəcək”

“OpenAI”nin baş direktoru Sam Altman ABŞ Senatında verdiyi açıqlamada Amerikanın süni intellekt (SI) sahəsindəki liderliyinin Çin qarşısında davamlı...

Metro və dəmir yolundan istifadə edənlər üçün SEVİNDİRİCİ XƏBƏR

Böyük şəhərlərin dayanıqlı inkişafında relsli nəqliyyat - metro və dəmir yolu sistemləri ən effektiv həll yollarından biri sayılır.   Sfera.az x...

Nə üçün Bakını ziyarət edək? - "Forbes" Azərbaycandan yazdı

ABŞ-nin məşhur “Forbes” iqtisadi jurnalında Bakı haqqında məqalə-reportaj dərc olunub.   Sfera.az xəbər verir ki, yazıda Bakının tarixi, ...