Azərbaycan əhalisi ən çox pulu hansı ayda xərcləyib? 

Azərbaycan əhalisi ən çox pulu hansı ayda xərcləyib? 

2023-cü ilin yekunlarına əsasən, Azərbaycanda yaşayan insanlar ən çox pulu dekabrda, ən az pulu isə apreldə xərcləyib. 


Sfera.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, əhalinin dekabrdakı istehlak xərcləri 9,237 milyard manat olub. Bu məbləğ il ərzində xərclənən vəsaitin 12,7 faizini təşkil edib. 


İl ərzində daha az pul apreldə xərclənib. Bu ayda əhali istehlak üçün 4,45 milyard manat ayırıb. 


Əhalinin xərcləri 2 hissədən – mal və xidmətlərə çəkilən xərclərdən ibarətdir. Malların (ərzaq və qeyri-ərzaq) alınmasına çəkilən xərc dekabrda ən yüksək səviyyəyə çatıb. İlin son ayında əhali ticarət müəssisələrində 7,72 milyard manat xərcləyib. 


Ticarət müəssisələrində ən az pulun xərclənməsi apreldə qeydə alınıb. İlin dördüncü ayında 3,4 milyard manat pul xərclənib. 


Pullu xidmətlərə də ən çox xərc dekabrda müşahidə edilib. Dekabrda pullu xidmətlərə xərclənən vəsait 1,3 milyard manata çatıb. 


Pullu xidmətlərə ən az pul isə fevralda xərclənən 851 milyon manat olub.


Pullu xidmətlərin digər hissəsi olan ictimai iaşə xərcləri də dekabrda maksimum səviyyəyə çatıb. Əhali ilin son ayında yeyib-içməyə 222 milyon manat pul ayırıb. Ötən il əhali ən az fevralda yeyib-içib. Həmin ayda ictimai iaşə xərcləri 125 milyon manat olub. 


Vasif


OXŞAR XƏBƏRLƏR

AZAL təyyarəsinin qəzasının səbəbi... - Qazaxıstan

AZAL-a məxsus təyyarənin Aktau yaxınlığında qəzaya uğraması ilə bağlı ibtidai istintaqın məlumatları açıqlanmır.   Sfera.az xəbər verir ki, bu b...

"Qızlar oxusun, güclü olsunlar" - Malyar qadının hekayəsi...

Cəmiyyətimizdə qadınlar müxtəlif sahələrdə çalışaraq həm ailələrini dolandırır, həm də həyatın çətinliklərinə sinə gərirlər. Bəzən kişilərin belə çətinlik çəkdi...

Sabah Bakıda 26° isti olacaq

Mayın 13-də gözlənilən hava proqnozu açıqlanıb.   Bakıda və Abşeron yarımadasında hava necə olacaq?   Milli Hidrometeorologiya Xidmətindən...

Zelenski sülh çağırışı etdi, Rusiya Ukraynanı vurdu

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya prezidenti Vladimir Putini görüşə çağırdıqdan bir neçə saat sonra Moskva Ukraynaya qarşı PUA-larla hücumlarını bərp...

Maşını pulsuz necə park etmək olar? – Rəsmi

Paytaxt Bakıda avtomobilini şəhərin bəzi ərazilərində park etmək istəyən sürücülər müəyyən məbləğ ödəyirlər. Bu məbləğ ərazi və zonalardan asılı olaraq dəyişir....

Tiktoker İlhamənin məhkəməsi başladı

“TikTok”da özünü şairə kimi təqdim edən, narkotik ittihamı ilə həbs edilən İlhamə Elşadqızının cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib...