"Manat devalvasiyaya uğrayacaq..." - İqtisadçı TARİX AÇIQLADI

Xəbər vediyimiz kimi, ABŞ-də prezident seçkiləri ilə bağlı praymerizlər (ilkin seçkilər) başlayıb. ABŞ-nin sabiq Prezidenti Donald Tramp seçkilərdə namizəd olmaq üçün partiyasından namizədliyini irəli sürüb. Artıq Tramp Nyu-Hempşir ştatında keçirilən ilkin seçkilərdə rəqibi Nikki Heyliyə qalib gələrək Respublikaçılar Partiyasının namizədi olmağa bir addım da yaxınlaşıb. Donald Trampın yenidən ABŞ prezidenti seçilməsi üçün verdiyi vədlərdən biri də neftin qiymətini 30-40 dollara enəcəyi olub.

 

Bəs neftin qiymətinin enməsi nəticəsində Azərbaycanda devalvasiya ola bilərmi?

 

Mövzu ilə bağlı Sfera.az-a açılama verən iqtisadçı ekspert Natiq Cəfərli bildirib ki, bir müddət manatın məzənnəsi sabit saxlanıla bilər:


“Təbii ki, neft qiymətlərinin Azərbaycan iqtisadiyyatında və Azərbaycan manatının dayanıqlılığında mühüm rolu var. Azərbaycan manatı obrazlı dildə desək, kağız neftdir. Öncəliklə, Trampın prezident seçilməsindən sonra neftin bu qədər ucuzlaşması sual altındadır. Ciddi ehtimallar var, amma neft qiymətlərinin düşməsinin dərhal manata təsir edəcəyini söyləmək çətindir. Çünki bizdə məzənnə inzibati olaraq, yəni Mərkəzi Bank və hökumətin verəcəyi qərardan asılıdır. Hələlik Azərbaycanın valyuta rezervləri neft bir müddət ucuz qalsa belə, manatı sabit saxlamağa imkan verir”.


Mütəxəssisin sözlərinə görə, növbəti iki il ərzində məzənnədə müəyyən dəyişikliklərin olması gözləniləndir:


“Yenə də Azərbaycanda uzun müddət sabit valyuta rejiminin qalmayacağı aydındır. Çünki biz 2005-2015-ci illərdə 10 il müddətində sabit rejimdə yaşadıq sonradan 3 pilləli devalvasiyaya getmək məcburiyyəti yarandı. İndi də artıq 8-ci ilə keçdik ki, biz hələ də sabit məzənnə rejimində yaşayırıq. 1 dolların 1,70 manat olması inzibati qaydada müəyyənləşdirilib. Bir müddətdən sonra istər-istəməz manatın məzənnəsində dəyişikliyə getmək məcburiyyəti yaranacaq. Bu hadisə 2024-cü ildə olmasa da, 2025-in sonu, ya da 2026-ci ilin əvvəli üçün mümkündür. Neft qiymətlərinin aşağı düşməsi də bu prosesi sürətləndirəcək”.

 

Firuzə Əliyeva
 


OXŞAR XƏBƏRLƏR

İranda DƏHŞƏTLİ QƏZA - 22 nəfər öldü, 36 nəfər yaralandı

İranın Fars əyalətində sərnişin avtobusunun aşması nəticəsində 22 nəfər həlak olub.   Sfera az xəbər verir ki, bu barədə əyalətin təcili yardım xidmə...

Prezident Qlobal Media Forumundan paylaşım etdi - VİDEO

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşüb.   Sfera.az-ın məlumatına görə, tədbirlə bağl...

Obameyanqın yeni klubu açıqlandı

Səudiyyə Ərəbistanının “Əl-Kadsiya” klubundan ayrılan Pyerr-Emerik Obameyanq Fransaya qayıdacaq.   Sfera.az xəbər verir ki, bu barədə ins...

Prezident öz siyasətinin təməl prinsiplərini açıqladı

Azərbaycan Prezidenti İlham Əliyev III Şuşa Qlobal Forumunda çıxışı zamanı öz siyasətinin təməl prinsiplərini sadalayıb - xalqına həmişə həqiqəti söyləmək, obye...

“Bulvarda kino axşamı" adlı yeni layihə başladı

Mədəniyyət Nazirliyinin dəstəyi, C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası və Dənizkənarı Bulvar İdarəsinin birgə təşkilatçılığı ilə iyulun 19...

Kruiz gəmisində qalmaqal: 140 sərnişin müəmmalı xəstəlitə yoluxdu

ABŞ-ın Los-Anceles şəhərindən Meksikanın Puerto Vallarta şəhərinə bir həftəlik səyahət zamanı 3914 sərnişindən 134-ü, eləcə də yeddi ekipaj üzvü qəfildən xəstəl...