Azərbaycana gələn ərəb turistlərin sayı AZALIB

Azərbaycana gələn ərəb turistlərin sayı AZALIB

Pandemiyadan sonra ilk dəfə olaraq 2023-cü ildə Azərbaycana gələn turistlərin sayı 30.2 faiz artaraq, 2 milyon 85 min nəfər olub.

 

Sfera.az xəbər verir ki, bu barədə fikirləri Milli Məclisin deputatı Vüqar Bayramov bildirib.

 

Onun sözlərinə görə, ölkəyə gələn turistlərin mənşə coğrafiyasında da dəyişiklik qeydə alınıb: “Belə ki, 2022-ci illə müqayisədə Çindən gələnlərin sayı 6,5, Cənubi Koreyadan 3,3, Türkmənistandan 2,3, Hindistandan və Qazaxıstandan ayrı-ayrılıqda 1,9 dəfə artıb. Bu isə ondan xəbər verir ki, Asiya ölkələrində Azərbaycan turizminə maraq artıb. Bununla belə, yenə də say baxımdan Azərbaycana gələnlər içərsində ilk üçlük qonşu ölkələrin payına düşür. Turistlərin 30,0 faizi Rusiya, 18,1 faizi Türkiyə, 7,9 faizi isə İrandan gəlib. İlk beşlikdə Hindistan və Gürcüstan da yer alıb”.

 

Deputat bildirib ki, 2023-cü ildə Azərbaycana gələn ərəb turistlərin sayı əvvəlki ilə müqayisədə azalıb. “Turizm, enerji sektorundan sonra ölkəyə ən çox valyuta gətirən sektordur. Pandemiyadan əvvəlki il - 2019-cu ildə ölkəyə 3 milyondan çox turist gəlib və əcnəbilər həmin il Azərbaycanda 2.6 milyard dollara yaxın vəsait xərcləyiblər. Turizm sektorunda xərclərin azaldılması və xidmət keyfiyyətinin artırılması da olduqca əhəmiyyətlidir. Bu turizm gəlirlərində dayanıqlığı artıra bilər”.

 

Ülkər Abdurahmanlı


OXŞAR XƏBƏRLƏR

Hakan Fidan Fransa və ABŞ rəsmiləri ilə danışdı

Türkiyənin xarici işlər naziri Hakan Fidan İstanbulda ABŞ dövlət katibi Marko Rubio və Fransanın xarici işlər naziri Jan Noel Baron ilə telefon danışı...

ADY Qurban bayramı günlərində Qəbələyə əlavə reyslər təyin etdi

Azərbaycan Dəmir Yolları QSC (ADY) qarşıdan gələn Qurban bayramı ilə əlaqədar Bakıdan Qəbələyə əlavə reyslər təyin edib.   Sfera.az bu barədə sə...

Polis insan alverinə görə bu qadınları axtarır – SİYAHI/FOTO

Xəbər verdiyimiz kimi, Azərbaycan insan alverinə görə 11 nəfəri İnterpol xətti ilə beynəlxalq axtarışa verib.   Sfera.az "unikal.az"a ...

Əmək müqavilələri ilə bağlı işəgötürənlərə xəbərdarlıq

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti əmək müqavilələrinin elektron sənəd formasına keçirilməsi ilə bağlı işəgötü...

Samir Əliyevin qəfil vəfatı ilə bağlı yeni DETALLAR - Bir gün əvvəl...

Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Samir Əliyevin qəfil vəfatı ilə bağlı yeni detallar ortaya çıxıb.   Sfera.az “Bakupost.az”a...

Pakistan elan etdi: 51 ölü, 121 yaralı

Pakistan Silahlı Qüvvələri bəyan edib ki, nəzarət xəttində baş verən döyüş əməliyyatları nəticəsində 40 mülki şəxs və 11 hərbçi həlak olub. Daha 121 nəfər isə y...