Ötən il telefon, kompüter və televizorlar ucuzlaşıb – QİYMƏTLƏR

Ötən il Azərbaycanda satılan elektron avadanlıqların qiymətində azalma müşahidə edilib.
Sfera.az Dövlət Statistika Komitəsinin açıqladığı məlumatlara istinadən xəbər verir ki, enmə mobil telefon, televizor və kompüterlərin qiymətində baş verib.
Qiymətlərin müqayisəsi göstərir ki, daxili bazarda satılan mobil telefonların orta qiyməti il ərzində 379 manatdan 361 manata düşüb.
Televizorların qiyməti 845 manatdan 832 manata, fərdi kompüterlərin dəyəri 1270 manatdan 1245 manata, noutbukların satış qiyməti 1375 manatdan 1370 manata geriləyib.
Dinamika göstərir ki, 2023-cü ilin ikinci yarısından qiymət azalması daha da sürətlənib. Böyük ehtimalla qiymət azalması 2024-cü ilin birinci yarısında da davam edəcək. Xüsusən elektron avadanlıqlar satan iri ticarət müəssisələrində endirimlərin olması elektron malların dəyərinin azalmasına səbəb olur.
Elektron avadanlıqların ucuzlaşması onlara olan tələbin güclənməsi fonunda baş verir. Ötən il əhali ticarət müəssisələrindən 668,5 milyon manatlıq avadanlıq alıb. Real qiymətlərlə bu məhsullara çəkilən xərcdə 16 faiz artım baş verib.
Vasif