Fiziki şəxslər xaricdən mal alışını ARTIRIB - STATİSTİKA

Fiziki şəxslər xaricdən mal alışını ARTIRIB - STATİSTİKA

Ötən il Azərbaycanda yaşayan fiziki şəxslər tərəfindən idxal edilən malların dəyəri məlum olub. 


Sfera.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, fiziki şəxslər bir ildə xaricdən 1,975 milyard dollar dəyərində mal alıblar. 


Əvvəlki illərlə müqayisədə 2023-cü ildə fiziki şəxslər xaricdən aldıqları mallara daha çox pul xərcləyib. Fiziki şəxslər idxala 2022-ci ildə 1,423 milyard dollar, 2021-ci ildə 1,39 milyard dollar, 2020-ci ildə 1,011 milyard dollar xərcləmişdilər. Dörd il əvvəlki tarixlə müqayisədə ötən il fiziki şəxslərin xaricdən aldıqları mallara görə xərclədikləri pul 1 milyard dollara yaxın artıb.


Fiziki şəxslərin idxalı ümumi idxala nisbətən daha böyük sürətlə artıb. Buna görə də 2020-ci ildə fiziki şəxslərin idxaldakı payı 9,4 faiz olduğu halda, 2023-cü ildə 11,43 faizə çatıb. Ötən il xaricdən alınan hər 1000 dollarlıq malın 114 dollarlıq hissəsi fiziki şəxslərə aid olub. 


Fiziki şəxslərin idxalının artmasında əsas rolu onlayn ticarət platformaları oynayıb. “Trendyol” və digər bu kimi platformalar vasitəsilə Azərbaycan əhalisi xaricdən böyük miqdarda mal alıb. Alınan malların böyük hissəsini isə şəxsi minik avtomobilləri, müxtəlif növ geyimlər, yüngül sənaye məhsulları təşkil edib. 


Vasif
 


OXŞAR XƏBƏRLƏR

“Metallica” qrupu Vircinyada zəlzələ törətdi - VİDEO

Amerikanın məşhur metal qrupu Metallica, Bleksburqdakı Virginia Tech's Lane Stadiumunda çıxışı zamanı sözün əsl mənasında yeri-yerindən silkələyib. Sfe...

Tapdıqları son dərəcə nadir, yuvarlaq yumurta ailəyə milyonlar qazandıracaq - FOTO

Britaniya sakini Coş Elkinqton və ailəsi toyuqları tərəfindən qoyulmuş mükəmməl yuvarlaq bir yumurta tapdıqda heyrətə gəliblər. Kişi bunun qeyri-adi forma olduğ...

Gözlənilməz miras: Təqaüdçü evinfə 18-ci əsrə aid xəzinə tapdı - FOTOLAR

Böyük Britaniyadan olan 79 yaşlı Maykl Hamson Brevud öz kəndində 18-ci əsrə aid evi miras alarkən tarixi xəzinənin sahibi olacağını ağlına belə gətirmirdi. Köhn...

Təmsilçimiz “Avroviziya” səhnəsinə sazla çıxdı - VİDEO

Xəbər verdiyimiz kimi, İsveçrənin Bazel şəhərində 69-cu "Avroviziya" mahnı müsabiqəsi start götürüb.   Sfera.az xəbər verir ki, y...

Bir xəstəxanada 14 tibb bacısı eyni anda hamilə qaldı - FOTO

Viskonsin ştatında bir xəstəxanada qeyri-adi və komik vəziyyət yaranıb. Belə ki, bir şöbənin 14 əməkdaşı demək olar ki, eyni vaxtda hamilə olduqlarını bildirib....

Nadirin "Avroviziya"dakı çıxışı zamanı əli sınıq imiş

"Avroviziya 2022" təmsilçilərimizdən olan Nadir Rüstəmlinin müsabiqədəki çıxışı zamanı əli sınıq imiş.   Sfera.az xəbər verir ki, bu b...