Azərbaycanda bahalaşma səngiyir – SON RƏQƏMLƏR

Azərbaycanda bahalaşma səngiyir – SON RƏQƏMLƏR

Dövlət Statistika Komitəsinin açıqladığı son məlumatlara əsasən, 2023-cü ildə dövrü inflyasiya 8,8 faizə geriləyib. Bir ildə bahalaşma ərzaq mallarında 9,6 faiz, qeyri-ərzaq mallarında 8,4 faiz, ödənişli xidmətlərdə 8,2 faiz olub. 


Sfera.az xəbər verir ki, bahalaşmanın səngiməsinə səbəb son aylarda illik qiymət artımlarının sürətinin xeyli zəifləməsidir. 2023-cü ilin dekabrında qiymətlər 2022-ci ilin dekabrına nisbətən 2,1 faiz artıb. Halbuki, ötən ilin ilk aylarında illik bahalaşma 10 faizdən yüksək idi. 


Maraqlıdır ki, qiymətlərin artım sürətinin daha çox səngiməsi ərzaq mallarında müşahidə edilib. Dekabrda illik müqayisədə ərzaq mallarının qiyməti cəmi 0,6 faiz artıb. Məhz ərzaq mallarının qiymətində aşağı artım sürəti bazarlarda ümumən qiymət səviyyəsinin dəfələrlə azalmasına səbəb olub. 


Dinamika göstərir ki, 2024-cü ildə ölkəmizdə inflyasiya səviyyəsi daha aşağı səviyyədə seyr edəcək. İstənilən halda qiymətlərin artım sürətinin zəifləməsi mühüm hadisədir və bu, əhalinin real gəlirlərinin daha çox artmasına imkan yaradacaq. 


Vasif


OXŞAR XƏBƏRLƏR