Rusiyanın bu ölkə ilə ticarəti 200 milyard dolları ötüb – İLK DƏFƏ

Rusiyanın bu ölkə ilə ticarəti 200 milyard dolları ötüb – İLK DƏFƏ

2023-cü ildə Rusiya ilə Çin arasında ticarət dövriyyəsinin həcmi ilk dəfə olaraq 200 milyard dolları ötüb. 


Sfera.az xəbər verir ki, bununla bağlı məlumatı Çin Gömrük İdarəsi açıqlayıb. 


Çin tərəfinin açıqladığı məlumata əsasən, ötən il Rusiya ilə xarici ticarət əməliyyatlarının həcmi 26,3 faiz artaraq 240,1 milyard dollara çatıb. 


İki ölkə 2023-cü il üçün 200 milyard dollar səviyyəsində qarşılıqlı ticarəti hədəfləyirdi. Amma faktiki göstərici bundan xeyli yüksək olub. 


Bununla da Çin Rusiyanın ən böyük ticarət tərəfdaşına çevrilib. 


Çinlə xarici ticarət dövriyyəsinin sürətlə artması Qərbin Rusiyaya qarşı geniş sanksiyalar tətbiq etməsindən sonra müşahidə edilib. Çin Rusiyadan ucuz enerji məhsulları və digər xammalları alır, əvəzində Rusiyaya maşınqayırma, elektronika və digər məhsulları satır. 


Vasif

 


 


OXŞAR XƏBƏRLƏR

3 bürcü bu gün sürpriz gözləyir - ULDUZ FALI

14 May 2025 tarixində ulduzlar və planetlərin hərəkətləri bir sıra bürclər üçün xüsusi enerjilər və imkanlar vəd edir.    Sfera.az günlük qorosk...

Nazir Leyla Muradzadəyə yüksək vəzifə verdi

Azərbaycan Dövlət Uşaq Filarmoniyasına direktor müavini təyinatı olub.   Bu barədə Sfera.az-a Mədəniyyət Nazirliyindən bildirilib.   ...

"İstanbulda Rusiya-Ukrayna atəşkəsi ela oluna bilər" - AKP

İstanbul görüşündə Ukrayna Rusiya arasında atəşkəslə bağlı razılıq ola bilər.    Sfera.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Türkiyənin...

Ötən günün statistikası: Kartlardan 15 min oğurlanıb

Vətəndaşların bank kartlarından mayın 13-də 15 min manata yaxın pul oğurlanıb.   Bu barədə Sfera.az-a Daxili İşlər Nazirliyindən məlumat ve...

"Yaşadığımız bina qəsdən yararsız hala salınır" - Səbaildən ŞİKAYƏT

Bakı şəhəri, Səbail rayonu, Mikayıl Hüseynov küçəsi, 14 ünvanında yerləşən, 9 mərtəbəli yaşayış binasının yararsız hala salınması üçün işlər getdiyi iddia olunu...

Azərbaycanda iş günləri 4-ə endirilir? - MÜHÜM YENİLİK

Azərbaycanda bəzi aylarda ard-arda qeyri-iş günlərinin olması müxtəlif aspektlərdən dəyərləndirilir. Bayram və istirahət günləri bir tərəfdən insanların dincəlm...