\"Bu satışa qadağa qoya bilməzlər, əks halda...\" - Deputatdan AÇIQLAMA

\

"Azərbaycan yeni milli hədəflər seçərək inkişaf etməyə davam edəcək . Bu hədəflər üçün bizi qorxudanlar Avropaya qaz satışımıza embarqo və sanksiyalar tətbiq edir, insan haqları və digər məsələlərin bəhanəsi ilə təzyiqlər göstərir və göstərəcəklər."

 

Sfera.az xəbər verir ki, bu barədə məlumatı Milli Məclisin deputatı Tahir Mirkişili bildirib: Onun sözlərinə görə, Prezident İlham Əliyev yanvar ayının 10-da jurnalistlərə verdiyi müsahibəsində bu məsələlərə aydınlıq gətirib:

 

“O, izah etdi ki, Avropaya qaz satışına qadağa qoya bilməzlər, əks halda ölkəmizlə müqavilə imzalayan şirkətlər yüz milyonlar, milyardlarla kompensasiya ödəməli olacaqlar. Azərbaycanın qaz satışından əldə etdiyi gəlir o qədər də yüksək səviyyədə deyil. Bu gəlir dayansa, vətəndaşlarımız bunu hiss etməyəcək”.

 

Deputatın sözlərinə görə, ölkənin xarici iqtisadi əlaqələri də elə qurulub ki, enerji satışımızı dayandırmaqla bizə təzyiq etmələri mümkün deyil. Əksinə, bu “enerji əlaqələri” Azərbaycanın etibarlı tərəfdaş olaraq nüfuzunu, dostlarının sayını və mövqelərini beynəlxalq müstəvidə gücləndirir:

 

"Beləliklə, Azərbaycanı yeni və maraqlı bir dövr gözləyir. Əminəm ki, bu yeni dövrdə Azərbaycan daha da güclənəcək və inkişaf edəcəkdir”.

 

Ülkər Abdurahmanlı


OXŞAR XƏBƏRLƏR