2017-ci ilin dövlət büdcəsində əsas xərclər

2017-ci ilin dövlət büdcəsində əsas xərclər

"2017-ci ilin dövlət büdcəsi haqqında” qanun layihəsi artıq Milli Məclisə təqdim olunub. 
Sfera.az Modern.az-a istinadən xəbər verir ki, dekabrın 6, 7 və 8-də Azərbaycanın 2017-ci il üzrə büdcə zərfi Milli Məclisin plenar iclaslarında müzakirə olunacaq.
2017-ci ilin büdcə zərfinə "Azərbaycan Respublikasında 2017-cı il üçün yaşayış minimumu haqqında”, "Azərbaycan Respublikasında 2017-cı il üçün ehtiyac meyarının həddi haqqında”, "Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2017-cı il büdcəsi haqqında” qanunları, Milli Məclisin və Hesablama Palatasının 2017-cı il üçün xərclər smetaları daxildir.
2017-ci il dövlət büdcəsinin gəlirləri 15 milyard 955 milyon manat, xərcləri 16 milyard 600 milyon manat (o cümlədən, mərkəzləşdirilmiş gəlirləri 15  milyard 335 milyon manat, yerli gəlirləri 620 milyon 294 min manat, mərkəzləşdirilmiş xərcləri 15 milyard 912 milyon manat, yerli xərcləri 688 milyon 714  min manat) məbləğində nəzərdə tutulub.
Gələn ilin dövlət büdcəsinin 645 milyon manatlıq kəsirlə icra olunması nəzərdə tutulub. 2017-ci ilin dövlət büdcəsi layihəsində elmə ayrılan xərclər 125 milyon 319 min manatdır.
Təhsilə ayrılan pulun məbləği isə 1 milyard 860 milyon manat nəzərdə tutulub. Gələn ilin dövlət büdcəsindən səhiyyə sahəsinə 775 milyon 786 min manat ayrılması proqnozlaşdırılıb.
2017-ci ildə Azərbaycanda əhalinin mənzilə olan tələbatının ödənilməsi və vətəndaşların güzəştli şərtlərlə mənzil əldə etməsi (ipoteka) xərcləri üçün 100 milyon manat nəzərdə tutulub. 2017-ci ildə ölkənin müdafiə xərcləri üçün 1 milyard 615 milyon 360 min manat ayrılacaq.
Bu məbləğdən 1 milyard 486 milyon 905 min manat müdafiə qüvvələrinə, 122 milyon 700 min 302 manat milli təhlükəsizliyə, 2 milyon 642 min 144 manatı müdafiə və təhlükəsizlik sahəsində tədqiqatlara sərf olunacaq.


OXŞAR XƏBƏRLƏR

Gəncədə yaşayış binasında partlayış: 2 ölü, 4 yaralı - VİDEO

Xəbər verildiyi kimi, Gəncə şəhəri, İsaq Cəfərov küçəsində yerləşən beşmərtəbəli yaşayış binasında baş vermiş partlayışla əlaqədar FHN-in Gəncə Regional Mərkəzi...

Süni intellektin böyük əksəriyyəti Aİ qanunvericilik səddini keçməyəcək

Bir çox aparıcı süni intellekt modelləri kibertəhlükəsizlik və ayrı-seçkiliyə yol verilməyən məlumatların çıxarılması ilə bağlı gələcək Avropa qanunvericiliyini...

Bu yollarda tıxac var - SİYAHI

Bakının bir sıra yollarında tıxac müşahidə edilir.   Sfera.az xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb. &...

Mehriban Əliyeva Müstəqilliyin Bərpası Günü ilə bağlı paylaşım etdi

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi "Instagram" səhifəsində Müstəqilliyin Bərpası Günü ilə bağlı paylaşım edib.   ...

Yuxusuzluğun səbəbi bəlli oldu - Bu vitaminlərin çatışmazlığı...

Yuxusuzluğun ümumi səbəbi orqanizmdə vitamin və mineralların çatışmazlığıdır.   Sfera.az xəbər verir ki, bunu dietoloq Dmitri Semiryadov bildirib. O , ...

Hərbi xidmətlə bağlı YENİ QƏRAR: Kimlərə şamil olunacaq?

Uğurlu nəticələr göstərən tələbələr universiteti bitirdikdən sonra hərbi xidmətlərini Milli Müdafiə Universitetində keçirəcəklər.   Yeni yaradılan ko...