Azərbaycana gələn turist sayı 3 dəfədən çox artıb - RƏSMİ

Azərbaycana gələn turist sayı 3 dəfədən çox artıb - RƏSMİ

"Turizm sektoru iqtisadiyyata ən böyük töhfə verən sahələrdən olub".

 

Sfera.az xəbər verir ki, bunu ATAA-nın İdarə heyəyətinin sədri Göydəniz Qəhrəmanov Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının (ATAA) təşkilatçılığı ilə “Turizm sənaye subyektlərinin ilin yekunları və COP29 ərəfəsində çağırışlar” mövzusunda forumunda çıxışı zamanı deyib.

 

"Ümumilikdə 20 il ərzində 19 dəfə artıma nail olunub. 2003-2019 illər ərzində Azərbaycana gələn turistlərin sayı 3 dəfədən çox artıb. Mehmanxana tipli yerlərdə gecələmə 8 dəfəyə yaxın çoxalıb. Bu sahə üzrə məşğulluq isə 4.1 dəfə artıb".

 

Firuzə Əliyeva


OXŞAR XƏBƏRLƏR