Logo

Əhalinin gəlirləri artıb

Əhalinin gəlirləri artıb
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Cari ilin yanvar-oktyabr aylarında Azərbaycan əhalisinin gəlirləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə nominal ifadədə 8,7 faiz artaraq 36635,8 milyon manata çatıb.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, əhalinin hər nəfərinə düşən gəlirlər orta hesabla 3804,5 manat təşkil edərək ötən ilə nisbətən 7,5 faiz artıb. Bu dövr ərzində gəlirlərin 78,9 faizi son istehlak xərclərinə, 9,1 faizi vergilərin, sığorta və üzvlük haqlarının, 2,6 faizi kreditlər üzrə faizlərin ödənilməsinə sərf edilib, 9,4 faizi isə yığıma yönəldilib.

Əhalinin sərəncamında qalan gəlirlər 33308,0 milyon manat olub.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR