Azərbaycanın qeyri-neft ixracında YENİ REKORD – RƏQƏMLƏR

Azərbaycanın qeyri-neft ixracında YENİ REKORD – RƏQƏMLƏR

Azərbaycanın qeyri neft-qaz mallarının ixrac dəyərində 2023-cü ildə yeni rekord göstərici qeydə alınıb. 


Sfera.az rəsmi məlumatlara istinadən xəbər verir ki, qeyri neft-qaz mallarının ixrac dəyəri 2022-ci illə müqayisədə 9,8 faiz artaraq 3,3 milyard dollar olub. 


2022-ci ildə qeyri neft-qaz mallarının ixrac dəyəri 3,05 milyard dollar idi. Ötən il bu malların ixracında 250 milyon dollar artım qeydə alınıb. 


Qeyri neft-qaz mallarının ixracında ən böyük paya aqrar və aqrar-sənaye məhsulları sahib olub. Bu məhsulların ixrac dəyəri 6,2% artaraq 969,2 milyon dollara çatıb və cəmi ixracın 29 faizini formalaşdırıb. 


Vasif
 


OXŞAR XƏBƏRLƏR