Azərbaycan neftinin alıcıları ARTIR: Səbəb isə…

Azərbaycan neftinin alıcıları ARTIR: Səbəb isə…

“Rusiya bu il də müharibə şəraitində əsas ixrac məhsulu olan neft və qazının davamlı satışı üçün bazarlar uğrunda mübarizəni davam etdirəcək”.

 

Sfera.az bildirir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

 

O xatırladıb ki, Moskva Avropa bazarını itirdikdən sonra enerji resurslarını əsas iki istiqamətə, Çin və Hindistana yönəldib: “Ancaq bu iki bazar Rusiya üçün böyük Avropa bazarını tam əvəz edə bilmir. Nəticədə Rusiyanın 2023-cü ildə qaz satışı əvvəlki illərlə müqayisədə xeyli azalıb. Bu isə Rusiyanın gəlirlərinin azalmasına gətirib çıxarıb. Çin qazın alışında Rusiyadan asılı olmaq istəmir. “Financial Times” dərgisində yayımlanan məqalədə Çinin Rusiya neftini rekord həcmdə aldığı yazılıb. Bu, Çinə imkan verir ki, başqa ölkələrdən aldığı neftin qiymətini ucuzlaşdırsın”.

 

Ekspert bildirib ki, Ukrayna müharibəsinə qədər Çin neftin əsas həcmini Səudiyyə Ərəbistanından alırdı: “Ekspertlərin fikrincə, Çinin Səudiyyə Ərəbistanından neft alışını azaltması müvəqqəti xarakter daşıyır. Bu arada, “Reuters” agentliyinin yaydığı məlumata görə, Hindistan Rusiyadan aldığı neftin həcmini azaldıb. Hindistanın neft naziri bildirib ki, ölkəsinin Rusiyadan neft alışını azaltması qeyri-münasib qiymətlərlə bağlıdır. Hindistan Rusiyadan gündəlik 1.5 milyon barel neft alır. Bu ölkə Rusiyadan neft alışını azaldarsa, başqa ölkələrlə yanaşı, Azərbaycandan da neftin alışını artıra bilər. Hindistan 10 ay ərzində Azərbaycandan 500 milyon dollar dəyərində neft alıb. Bu göstəriciyə görə, Hindistan Azərbaycanın neft alıcıları sırasında üçüncü sırada qərar tutub. Azərbaycan neftinin əsas alıcısı İtaliyadır, ikinci sırada isə İsraildir”.

 

Günay

Sfera.az


OXŞAR XƏBƏRLƏR