Dövlətlərin borcu 100 trilyon dollara çatıb – Ən çox borcu olan ölkələr

Dövlətlərin borcu 100 trilyon dollara çatıb – Ən çox borcu olan ölkələr

Dövlətlərin ümumi borcu bu il 2022-ci ilə nisbətən 5,4 faiz artaraq 97 trilyon dollara çatıb.


Sfera.az xəbər verir ki, dünyada ən çox dövlət borcu olan ölkə isə ABŞ-dir.


ABŞ təxminən 33 trilyon dollarla dünyanın ən çox borcu olan dövlətdir. BVF-nin məlumatlarına görə, “COVID-19”dan əvvəl, yəni 2019-cu ildə qlobal dövlət borcu 74 trilyon dollar idi. Bu il 2019-cu ilə nisbətən dövlətlərin borcu 32,8 faiz artıb. 


ABŞ-nin bu il dövlət borcu keçən illə müqayisədə 10 faiz artıb. 


Çin, 2023-cü ilin oktyabrına 17,2 trilyon dollara çatan dövlət borcu ilə ABŞ-dən sonra dünyanın ən çox borcu olan ikinci ölkəsidir. İnfrastruktur və sosial-iqtisadi proqramlara külli miqdarda vəsait xərcləyən Çin hökuməti son illərdə Çin Mərkəzi Bankının iqtisadiyyatı stimullaşdırmaq üçün faiz dərəcələrini aşağı səviyyədə saxlaması səbəbindən borclanma həcmini artırıb. 


Yaponiya 11 trilyon dollarlıq dövlət borcu ilə ABŞ və Çindən geridədir. 


Son məlumata görə, Yaponiyanın dövlət borcu ÜDM-in 255 faizi qədərindədir. Yaponiyanın dövlət borcunun ÜDM-ə nisbətinin yüksək olmasının əsas səbəbi kimi onun əhalisinin qocalması, bu əhaliyə dəstək xərclərinin artması və vergi ödəyən gənc əhalinin sayının azalması göstərilir. 


Vasif


OXŞAR XƏBƏRLƏR

Qızıl kəskin bahalaşdı

Comex birjasında (Nyu-York əmtəə birjasının bölməsi) qızılın dəyəri 16 iyun 2025-ci il tarixindən etibarən ilk dəfə 1 troya unsiyası üçün 3 450 dolları ötüb. ...

Transgender kişilərin qadın yarışlarında iştirakına qadağa qoyuldu - Trampdan tarixi qərar

ABŞ prezidenti Donald Tramp qadın idmanının ədalətini və təhlükəsizliyini qorumaq məqsədilə mühüm fərman imzalayıb. Sənədə əsasən, biologiyasına görə kişi olan ...

"Ədalət hər dəfə mənə pul verirdi, pis olurdum"

"Əməkdar artist Ədalət Şükürov toyda, hansısa məclisdə, ümumiyyətlə məni harada görürdüsə, pul verirdi. Onunla görüşəndə məni tuturdu və 300 manat əlimə pu...

Bi yerlərdə heç kim yaşamır, amma hamı ziyarət edir - FOTOLAR

Tərk edilmiş yerlər ürpədici, lakin valehedici ola bilər. Bu məkanlar, istər köhnə məktəb, istərsə də tərk edilmiş bir ev və ya gəmi olsun, inanılmaz təcrübələr...

Paşinyandan prokurorluğa şikayət edildi

Zartonk Milli Xristian Partiyası Ermənistan Baş naziri Nikol Paşinyana qarşı prokurorluğa iki ərizə ilə müraciət edib.   Sfera.az xəbər verir ki, bu ...

Suriya üzrə beynəlxalq danışıqlar yenə Bakıda keçiriləcək

Suriya üzrə beynəlxalq danışıqların növbəti raundu Bakıda keçiriləcək.   Sfera.az-ın məlumatına görə, bu barədə Səudiyyə Ərəbistanının "Əl-Hadas...