Azərbaycanda rekord məbləğdə dollar satıldı – SƏBƏBLƏR

Azərbaycanda rekord məbləğdə dollar satıldı – SƏBƏBLƏR

Azərbaycanda bu ay rekord məbləğdə dollar satılıb.

 

Sfera.az bildirir ki, bunu iqtisadçı deputat Vüqar Bayramov deyib.  Onun sözlərinə görə, dekabr ayı hələ bitməsə də, yalnız Mərkəzi Bankın hərracları vasitəsilə 603.8 milyon dollar satılıb.

 

“Digər aylar üzrə rəqəmlər belədir: Noyabr - 234.7 milyon dollar; Oktyabr- 202.6 milyon dollar; Sentyabr- 164.5 milyon dollar; Avqust- 93.9 milyon dollar; İyul- 272,7 milyon dollar; İyun- 78,9 milyon dollar; May- 277,2 milyon dollar; Aprel- 286 milyon dollar; Mart-383,9 milyon dollar; Fevral- 356,6 milyon dollar və Yanvar- 188,5 milyon dollar”.

 

Millət vəkili bildirib ki, dollara tələbin artması mövsümi, Azərbaycan idxalının artması və digər səbəblərdən qaynaqlanır:

 

“Bu ilin ilk 10 ayında 14 milyard 174 milyon dollar idxal qeydə alınıb. Azərbaycan üzən məzənnə rejiminə keçməsə də, belə dollara tələbin artması müşahidə olunur. Məhz bu səbəbdən Mərkəzi Bank gələn il intervensiyanı istisna etmir”.

 

Günay


OXŞAR XƏBƏRLƏR

Bakının mərkəzində qanunsuz tikilən bu evlər sökülür - FOTOLAR

Dəmir yollarının ətrafında qanunsuz tikintilər uzun illərdir davam edən problemlərdən biridir. Əsasən Abşeron dairəvi xətti üzrə dəmir yolu, o cümlədən Nərimano...

Əhaliyə hava ilə bağlı XƏBƏRDARLIQ - Qarşıdakı üç gündə...

İyulun 24-də gündüz əsasən Azərbaycanın şimal və qərb rayonlarında, 25-i gündüzdən 26-sı axşamadək isə ölkənin əksər yerlərində fasilələrlə yağış yağacağı gözlə...

Füzulidə yanğın: helikopter cəlb olundu

Füzuli rayonu Yuxarı Yağlıvənd kəndi yaxınlığında dağlıq ərazidə açıq sahədə yanğın baş verib.   Sfera.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar ...

Bu şəxslərə pul veriləcək - Oktyabrın 1-dək...

Bakı şəhər Baş Səhiyyə İdarəsinin tabeliyində yaradılmış xüsusi ambulator tibb məntəqələrində yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxmuş xəstələrə a...

Türkiyədə güclü zəlzələ baş verdi

Türkiyənin Egey dənizi sahillərində 5 bal gücündə zəlzələ baş verib.   Sfera.az xəbər verir ki, bu barədə AFAD məlumat yayıb.   Məlumata g...

Elvin Camalov İqtisadiyyat Nazirliyinin Aparat rəhbəri təyin edildi

Elvin Camalov İqtisadiyyat Nazirliyinin Aparat rəhbəri təyin edilib.   Sfera.az xəbər verir ki, E.Camalov 2007-ci ildə Azərbaycan Dövlət İqtisad...