Əhalinin plastik kartlara görə nə qədər borcu var? - SON RƏQƏMLƏR

Əhalinin plastik kartlara görə nə qədər borcu var? - SON RƏQƏMLƏR

Azərbaycan əhalisinin banklardan aldığı plastik kartlara görə 1 milyard 113,6 milyon manat borcu var. 


Sfera.az xəbər verir ki, bu borc məbləği 2023-cü ilin dekabrın 1-nə kimi yaranan öhdəlikdir. 


2022-ci ilin sonu ilə müqayisədə əhalinin plastik kartlar vasitəsilə götürdüyü kreditlər üzrə borc 200 milyon manatdan çox artıb. Ötən ilin sonunda borc məbləği 837,1 milyon manat idi. Bu ilin 11 ayı ərzində borc 276,5 milyon manat artıb.  


Son 5 ilin müqayisəsi göstərir ki, plastik kartlar vasitəsilə alınan kreditlər üzrə yaranan borclar 2023-cü ildə daha çox artıb. Bu fakt həm bankların, həm də əhalinin plastik kartlardan istifadəyə marağının artdığını göstərir.


Vasif


OXŞAR XƏBƏRLƏR