Dəmir bahalaşır – Son 18 ayın ən yüksək qiyməti 

Dəmir bahalaşır – Son 18 ayın ən yüksək qiyməti 

Dəmir filizinin qiyməti 2022-ci ilin iyun ayından bəri ən yüksək səviyyəyə çatıb. 


Sfera.az xəbər verir ki, dəmirin bahalaşması Çində bu məhsula tələbin artması ilə bağlıdır. 


2020-ci ildə pandemiya səbəbindən Çində daşınmaz əmlak tikintisi xeyli zəifləmişdi. Son 2 ildə tikinti yenidən canlanıb ki, bu da dəmirə olan tələbi artırıb.


Son 18 ayda dəmirin qiymətində yuxarı doğru meyl müşahidə edilir. Bu dinamikanın davamı kimi dəmir filizinin bir tonunun qiyməti bu həftə 1,16 faiz artaraq 140,05 dollara çatıb. 


Dəmir filizinin bahalaşması dəmirdən hazırlanan tikinti materiallarının, o cümlədən armatur və rulon şəklində satılan nazik dəmir təbəqələrin qiymətini artırıb. 


Vasif


OXŞAR XƏBƏRLƏR