Banklarımızda xarici valyutada olan əmanətlər azalır – SƏBƏB

Banklarımızda xarici valyutada olan əmanətlər azalır – SƏBƏB

Son aylarda Azərbaycan banklarında fiziki şəxslərə məxsus olan əmanətlərin həcmində müşahidə edilən azalma bu ilin noyabrında da davam edib. 


Sfera.az Mərkəzi Banka istinadən xəbər verir ki, noyabrın sonunda əmanətlərin həcmi əvvəlki aya nisbətən 39 milyon manat azalaraq 12,525 milyard manata düşüb. 


Xatırladaq ki, 2023-cü ilin iyununda əmanətlərin həcmi 12,749 milyard manata çatmışdı. Bu məbləğ son illərin ən yüksək məbləği idi. İyundan ötən müddətdə əmanətlərin məbləğində 224 milyon manat azalma baş verib. 


Əmanətlərin azalmasına “Muğambank”ın bağlanması da təsir edib. Bu bankda 200 milyon manatdan çox əmanət var idi. 


Lakin nəzərə alsaq ki, “Muğambank”ın bağlanmasından öncə də əmanətlər azalıb, eyni zamanda adıçəkilən bankda pulu olan şəxslərin əksəriyyəti vəsaitini geri ala bilib, bu halda əmanətlərin hələ də azalmasını ümumi hal hesab etmək olar.


Əmanətlərin azalması həm Azərbaycan vətəndaşlarının, həm də əcnəbilərin vəsaitlərində müşahidə edilir. Daha çox Azərbaycan vətəndaşlarının əmanətlərində azalma baş verib. İyundan bəri vətəndaşlarımızın əmanətləri 100 milyon manatdan çox azalıb. İyunda 11,42 milyard manat olan əmanətlərin dəyəri noyabrın sonunda 11,294 milyard manata enib. 


Əcnəbilərin də vəsaiti azalır. İyunda 1,326 milyard manat olan xarici vətəndaşlara məxsus əmanətlərin həcmi noyabrın sonunda 1,23 milyard manata enib.  
Maraqlıdır ki, əmanətlərdə azalma yalnız xarici valyutada olan vəsaitlərdə baş verib. Manatla olan vəsaitlər isə artıb. 


Milli valyutada olan əmanətlər 148 milyon manat artaraq 8,235 milyard manata, xarici valyutada olan əmanətlər isə 371 milyon manat azalaraq 4,29 milyard manata düşüb. 


Xarici valyutada olan əmanətlər qısa müddətdə 8 faiz azalıb ki, bu da çox sürətlə azalmadır. Xarici valyutada olan əmanətlərin hansı səbəbdən sürətlə azalması isə məlum deyil. 


Bununla belə ehtimal etmək olar ki, xarici valyutada olan vəsaitlərin azalması Rusiya-Ukrayna müharibəsindən sonra yaranan vəziyyətin tədricən yumşalması ilə əlaqəlidir. Müharibənin başladığı ilk aylarla Azərbaycana Rusiyadan böyük məbləğdə xarici valyuta köçürülürdü və həmin vəsaitin bir hissəsi banklara yerləşdirilirdi. Bununla əlaqədar olaraq banklarda xarici valyutanın həcmi 3,8 milyard manatdan 4,7 milyard manata qədər artdı. 


Son aylarda Rusiyadan pul köçürmələri xeyli azaldığından banklarda xarici valyutada olan vəsaitlər də azalır. Bu dinamika 2024-cü ildə də davam edə bilər. 


Vasif

 


OXŞAR XƏBƏRLƏR

Uşaqlar daha çox hansı valideyninə bənzəyir? - Yeni ARAŞDIRMA

İndiyədək geniş yayılmış fikrə görə, hər bir insan genlərinin 50 faizini anadan, 50 faizini isə atadan miras alır. Lakin son elmi araşdırmalar bu təsəvvürə yeni...

Tramp 30 kilodan belə qurtulub - Pizza, "Oreo" yeyirmiş...

ABŞ Prezidenti Donald Trampın son illər ərzində 30 kiloqrama yaxın arıqlayıb. Bu, cəmiyyət tərəfindən də maraqla qarşılanıb. Ən çox diqqətçəkən məqam isə Trampı...

Sumqayıtda avtobus yük maşını ilə toqquşdu - VİDEO

Bu gün saat 11:30 radələrində Sumqayıtda 3 nömrəli marşrut avtobusu yük maşını ilə toqquşub.   Bu barədə Sfera.az-a Baş DYP İdarəsinin rəsmisi, polis...

QR kod ilə ödəniş etmək RİSKLİDİR

Müasir dövrdə nağdsız ödənişlər arasında geniş yayılan QR kod texnologiyası sürətli və rahat istifadə imkanları ilə yanaşı, bir sıra texniki və təhlükəsizlik ri...

Varlıların həyat tərzi planet üçün təhlükədir - Yeni TƏDQİQAT

Tədqiqatçılar planet əhalisinin müxtəlif təbəqələri arasında iqlimə təsirdə şok edici fərq aşkar ediblər.    Sfera.az xəbər verir ki, “Nat...

Bu parka gedənlər evlərinə varlanaraq dönürlər - FOTO

ABŞ-nin Arkanzas ştatında yerləşən və dünyada yeganə olan "Crater of Diamonds" Dövlət Parkı ziyarətçilərə real almaz axtarıb tapmaq və onu özləri ilə ...