“Bu gəlirin vergiyə cəlb edilməsi uğursuz oldu” - İqtisadçı

“Bu gəlirin vergiyə cəlb edilməsi uğursuz oldu” - İqtisadçı

“2023-cü ilin ən uğursuz iqtisadi hadisəsi depozit faizlərindən daxil olan gəlirlərin vergiyə cəlb edilməsi olub”.

 

Sfera.az xəbər verir ki, bunu iqtisadçı ekspert Eldəniz Əmirov deyib.

 

Onun sözlərinə görə, hazırda depozitlərin geri çəkilməsi prosesi davam edir:

 

“Son bir ayda 140 milyon manatdan çox vəsait geri çəkilib. 2024-cü ildən qismən güzəştlər tətbiq edilməsi nəzərə alınsa da, nəticə ürəkaçan olmayacaq. Hazırda əhali əmanətləri uğrunda kommersiya bankları ilə daşınmaz əmlak bazarı arasında qeyri-adi mübarizə gedir. Daşınmaz əmlak bazarınının tənzimlənməyən azad iqtisadi formatı bankların tənzimlənən formatına qalib gəlməkdə davam edir. İnsanlar bankları yox, daşınmaz əmlakı seçir. Bunu hər iki istiqamətdə olan statistika təsdiq edir”.

 

Ekspert bildirib ki, bu mənzərə tikinti nəhəngləri üçün əlverişli mühit yaradır və onları məmnun edir.

 

 Ülkər


OXŞAR XƏBƏRLƏR