Qeyri-neft sektorunun ÜDM-dəki payı 60 faizi ötəcək

Qeyri-neft sektorunun ÜDM-dəki payı 60 faizi ötəcək

2023-cü ildə Azərbaycanda istehsal edilən ümumi daxili məhsulda (ÜDM) qeyri neft-qaz sektorunun payı yenidən 60 faizlik həddi ötəcək. 


Sfera.az xəbər verir ki, buna səbəb neft-qaz sektorunda istehsalın dəyərinin azalması, əvəzində isə qeyri neft-qaz sektorunda istehsalın dəyərinin artmasıdır. 


2022-ci ilin 11 ayı ərzində ÜDM istehsalı 122 milyard manat olmuşdu. Bu qədər istehsalın 60,2 milyard manatı neft-qaz sektorunun 61,8 milyard manatı qeyri neft-qaz sektorunun hesabına formalaşıb. 


Bu il neft-qaz sektorunda istehsalın dəyəri 18,55 milyard manat azalaraq 41,65 milyard manata düşüb. 


Qeyri neft-qaz sektorunda isə istehsal 6,7 milyard manat artaraq 68,55 milyard manata çatıb. 


Qeyri neft-qaz sektorunda baş verən artım sayəsində ÜDM istehsalında onun payı 49,3 faizdən 62,1 faizə yüksəlib. 


Vasif


OXŞAR XƏBƏRLƏR