OPEC üzvlərinin sayı azaldı – Bu ölkə təşkilatı tərk edib

OPEC üzvlərinin sayı azaldı – Bu ölkə təşkilatı tərk edib
Kateqoriya məlum deyil
T

Neft hasilatının tənzimlənməsi ilə bağlı yaranan narazılıq səbəbindən Anqola Neft İxrac Edən Ölkələr Təşkilatından (OPEC) çıxıb. 


Sfera.az xəbər verir ki, Anqola Afrikada yerləşir və bu ölkə 16 il OPEC-in üzvü olub. 


OPEC son aylarda hasilatın azaldılması ilə bağlı qərarlar qəbul edir. Anqola hökuməti ölkəsində hasilatın azalmasını nəzərə alaraq OPEC-in istəyi ilə neft istehsalını bir qədər də azaltmağı düzgün hesab etməyib. Buna görə də Anqola OPEC-dən ayrılmağı daha düzgün qərar sayıb. 


Anqolanın OPEC-dən çıxmasından sonra təşkilatın üzvlərinin sayı 12-yə düşüb.  


Xatırladaq ki, OPEC-in və onunla əməkdaşlıq edən digər ölkələrin (bura Azərbaycan da daxildir – red.) hasilatla bağlı ortaq qərarlarından sonra neft qiymətləri optimallaşıb. Öhdəliklərə uyğun olaraq Azərbaycan da neft hasilatını azaldıb. 


Vasif

 

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR