Çin Azərbaycan bazarında liderliyə yüksəlir - 11 ayda 2,8 milyard dollar

Çin Azərbaycan bazarında liderliyə yüksəlir - 11 ayda 2,8 milyard dollar

Azərbaycana idxalda Çinin payı artmaqdadır. 


Sfera.az xəbər verir ki, bu il Rusiyadan sonra Azərbaycana ən çox mal satan ölkə Çin olub. 


2023-cü ilin 11 ayı ərzində Çin Azərbaycana 2,756 milyard dollar dəyərində ixrac həyata keçirib ki, bu da ölkəmizin cəmi idxalının 17,43 faizinə bərabərdir. 


Azərbaycanın idxalında ilk sırada Rusiya dayanıb. Rusiyadan 2,868 milyard dollar dəyərində mal alınıb. İkinci sırada Çin, üçüncü sırada isə 2,092 milyard dollarla Türkiyə gəlir. 


Çindən Azərbaycana ixrac son 3 ildə 2 dəfə artıb. Proqnozlaşdırmaq olar ki, növbəti illərdə Azərbaycanın idxalında lider ölkə Çin olacaq. 


Vasif
 


OXŞAR XƏBƏRLƏR