Satılmayan dollarları Mərkəzi Bank alıb - Məbləğ AÇIQLANDI

Satılmayan dollarları Mərkəzi Bank alıb - Məbləğ AÇIQLANDI

Azərbaycan Mərkəzi Bankı bu ilin 11 ayı ərzində daxili bazardan 1,4 milyard dollar alıb. 


Sfera.az xəbər verir ki, bunun səbəbi cari əməliyyatlar hesabında iri həcmli profisitin qeydə alınmasıdır. Bu ilin ilk 9 ayında 6,7 milyard dollar təşkil edib. 


Cari əməliyyatlarda profisitin böyük olması səbəbindən Mərkəzi Bankda keçirilən valyuta hərraclarının 95 faizində təklif tələbi üstələyib. Bu şəraitdə Mərkəzi Bankın valyuta bazarına müdaxiləsi alışyönlü olub və bazardan 1,4 milyard dollar alıb. Nəticədə Mərkəzi Bankın valyuta ehtiyatları bu il 20,3% artaraq 10,8 milyard dolları keçib.


Vasif

 


OXŞAR XƏBƏRLƏR